Bazar , Oktyabr 25 2026
azfa

Behnam Nurməhəmmədi və Yasin Ərfəi zaminə buraxıldı, Mehdi Qəməri Benislidən heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi azərbaycanlı milli-mədəni fəallar Behnam Nurməhəmmədi və Yasin Ərfəini bir aya yaxın qanunsuz həbsdə saxladıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxıb. Fəalların hər biri 50 milyon tümənlik vəsiqə girov qoymaqla Tehranın Evin zindanından müvəqqəti azadlığa buraxılıblar.

Türk dilində təqvim çap etdiklərinə görə həbs edilən digər azərbaycanlı öyrənci Mehdi Qəməri Benislinin isə vəziyətindfən heç bir xəbər yoxdur.

Rejimin məmurları Behnam Nurməhəmmədini mart ayının 14-də Yasin Ərfəini isə mart ayının 19-da həbs edərək Evin zindanına salmışdırlar.

Qeyd edək ki, İranın irqçi fars rejimi o dərəcə də irqçi və diktator olub ki, bir millətə öz dilində təqvim çap etməyi də cinayət hesab edərək, təqvimi çap edənləri həbs edir. Bu dərəcədə rasizm isə dünyanın heç yerində qeydə alınmayıb.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın