Şənbə , Sentyabr 19 2026
azfa

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına qarşı tətbiq etdiyi tədbirə münasibət bildirərək, Vaşinqtonun bu filialı «İran rejiminə davamlı və genişmiqyaslı dəstək» göstərdiyinə görə məsuliyyətə cəlb etmək üçün ilk addımı atdığını bildirib.

Bessent «X» sosial şəbəkəsində yazıb: «Maliyyə Nazirliyi Tehranın qalan bütün iqtisadi damarlarını kəsəcəyinə və nəhayət, İran rejiminin yaratdığı təhlükəyə son qoyacağına söz verib. Həmçinin bildirdik ki, İran rejiminin tərəfdarları ABŞ dollarına və qlobal maliyyə sisteminə çıxışlarını davam etdirə bilməzlər.»

O əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialı İran rejiminə dəstəyini davam etdirib və Maliyyə Nazirliyinin son tədbiri həmin filialı məsuliyyətə cəlb etmək istiqamətində atılan ilk addımdır.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …