Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı yenidən kəskinləşdirməkdən çəkindiyini, çünki bir daha ABŞ-ın hücumlarına məruz qalmaq istəmədiyini iddia edib.

Tramp cümə günü «Aksios»a verdiyi qısa müsahibədə deyib: «O lənətə gəlmiş boğaz açıqdır. İranın reaksiyası çox mülayimdir. Onlar bizim yenidən onların üzərinə getməyimizi istəmirlər. Bütün məsələ bundan ibarətdir.»

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper bildirib ki, ABŞ qüvvələri İnqilab Keşikçiləri tərəfindən yerləşdirilmiş minaları beynəlxalq gəmiçilik xətlərindən təmizləyib və son aylarda təxminən 750 milyon barel xam neft daşıyan 1 500-ə yaxın ticarət gəmisinin Hörmüz boğazından keçməsinə kömək edib.

ABŞ rəsmiləri «Aksios»a bildiriblər ki, Hörmüz boğazında qüvvələr nisbəti Vaşinqtonun xeyrinə dəyişib. Bunun qarşılığında İnqilab Keşikçiləri hələ də bu su yolunun açıq olması barədə iddianı rədd edir və Hörmüz boğazının bağlı olduğunu bildirir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …