Bazar ertəsi , Yanvar 24 2022
azfa

Beynəlxalq əfv təşkilatı Abbas Lisaniyə azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatının rəsmi tviter səhifəsində tanınmış siyasi məhbus Abbas Lisani ilə bağlı paylaşım edilib. Paylaşımda İran hökumətini azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini azad etməyə çağırılıb.

Təşkilat Ərdəbil zindanında 15 illik həbs cəzasını çəkməkdə olan Lisani barədə bildirib:

“Uzun illərdən bəri İranda türklərin haqlarını müdafiə edən Abbas Lisani dəfələrlə ədalətsiz həbs, acımasız və qeyri-insani davranışlara məruz qalıb. O, daha bir bayramı evindən uzaq, həbsdə keçirir. Haqsız həbs müddəti davam edir. İran hökuməti onu dərhal azad etməlidir”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə özəl raporçusu professor Cavid Rəhman 2021-ci il fevriyənin 9-da hazırladığı və martın 21-də İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabatda Abbas Lisaninin durumu barədə nigaranlığını dilə gətirib. “2020-ci ilin culayında İran Ali Məhkəməsi Azərbaycan türkü, mədəni fəal Abbas Lisaniyə qarşı irəli sürülən “milli əmniyətə qarşı fəaliyyət” ittihamına görə 15 il həbs cəzasının yenidən nəzərdən keçirilməsini rədd edib”,-deyə o, qeyd edib.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …