Bazar ertəsi , Yanvar 17 2022
azfa

Beynəlxalq Ana Dili Günü ərəfəsində Təbrizin Eynalı dağlında şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəallar Eynalı dağında şüarlar yazmaqla 21 fevral- Beynəlxalq Ana Dili Gününü qutlamışlar.

Azərbaycanlı fəallar bu yolla irqçi fars rejimin Azərbaycan türk millətinin dilində təhsili qadağan etməsini pisləmiş və Beynəlmiləl Ana Dili Gününü qutlamışlar.

Qeyd edək ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin dəstəyi ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Hazırda azərbaycanlı milli-siyasi fəallardan Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid Mənafi Beynəlxalq Ana Dili Gününündə təbrik posterləri payladıqları üçün İran rejimi tərəfindən həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …