Şənbə , Mart 14 2026
azfa

Beynəlxalq etirazlara rəğmən dərviş Məhəmməd Səlas rejim tərəfindən edam edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran prokurorluğunun iyunun 18-də məlumat yaydığı məlumatda bildirlir ki, bu gün dörd ay öncə Qonabad dərvişlərinin dinc etirazında polis tərəfindən vəhşicəsinə döyülərək həbs edilən və 3 polisin qətlində günahlandırılan dərviş Məhəmməd Səlas Tehranda edam edildi.

Məhəmməd Səlasın səhər saatlarında Kərəcin Rəcayişəhr zindanında qisas  məqsədilə edam edildiyi bildirilib.

Beynəlxalq Əfv Təşkilatı iyun ayının 17-də bəyanat yayaraq, dərviş Məhəmməd Səlasa qarşı irəli sürülən ittihamlarda şübhəli məqamların olduğunu bildirərək, rejimin rəsmilərindən Məhəmməd Səlasa çıxarılan ölüm hökmünün icrasının dayandırılmasını, onun işinə yenidən baxılmasını və ona şəffaf və ədalətli bir məhkəmənin keçirilməsini tələb etmişdi.

Dərvişin vəkili irqçi fars rejimin rəhbəri Əli Xamneyiyə müraciət edərək, ondan işə qarışaraq, müvəkkilinin edamının qarşısını almağı xahiş etsə də, az sonra, ETTELAAT-ın mülki geyimli əməkdaşları, onun ofisinə basqın edərək, müvəkkili Məhəmməd Səlasın günahsız olduğunu sübut edən bir sıra sənədləri müsadirə edərək özləri ilə aparmışdılar.

Qeyd edək ki, 2018-ci il fevral ayının 19-da axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə rejimin təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı Səlasın avtobusu rejimin polis qüvvələrinin üstünə sürdüyü iddia edilib. Həmin hadisədə 3 polis və 1 bəsic ölüb.

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın