Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı Əlirza Fərşinin həbs və sürgün qərarının ləğvini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı milli-mədəni faəl Əlirza Fərşinin həbs və sürgün qərarının ləğvini tələb edib.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni faəl mühəndis Əlirza Fərşi üç il öncə fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü mərasimində türklərin öz dillərində tədris hüququnu müdafiə etdiyi üçün yaxalanmış, heç bir günahı olmadan 15 il həbs və 2 il sürgünə məhkum edilmişdi.

Beynəlxalq Əfv Təşkilatı Əlirza Fərşinin üç il öncəki təşəbbüsünün dinc və barış məqsədli olduğunu əsas gətirərək, onun həbs və sürgün qərarının ləğv edilməsini tələb edib.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın