Şənbə , İyun 22 2024
azfa

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı məhbusla bağlı bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı Tehranın Evin həbsxanasında həbsdə saxlanılan və bir neçə xəstəlikdən əziyyət çəkən azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabi ilə bağlı bəyanat yayıb.

Bəyanatda dinc mübarizə aparan azərbaycanlı fəalın özbaşına həbs edildiyi və ədalətsiz mühakimə olunduğu vurğulanıb, ona həbsxanada vaxtında tibbi xidmət göstərilməməsi tənqid olunub.

Beynəlxalq Əfv Təşkilatı İran hakimiyyətindən azərbaycanlı işçi hərəkatı fəalının qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

“İran hakimiyyəti beynəlxalq hüquqa sadiqliyini pozaraq, müstəqil həmkarlar ittifaqlarının fəaliyyətinin qarşısını almağa, işçilər və işçi haqları fəallarından ədalətsiz məhkəmələr və həbslərlə qisas almağa davam edir”,- Beynəlxalq Əfv Təşkilatının bəyanatında qeyd olunub.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası 2024-cü ildəki hesabatında İranı həmkarlar ittifaqı hüquqlarının təmin və riayət olunmadığı ölkələr sırasına daxil edib.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir.

O, “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …