Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı siyasi məhbusların edamı ilə bağlı İrana xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Əfv Təşkilatı siyasi məhbusların edamı ilə bağlı İrana xəbərdarlıq edib.

 Beynəlxalq Əfv Təşkilatının İranda edam cəzasına məhkum edilən 5 siyasi məhbusla bağlı yaydığı bəyanatında deyilib. Bəyanatda deyilir ki, İran hakimiyyəti 5 siyasi məhbusun edamı barədə planı dərhal dayandırmalıdır və bu insanların həyatını xilas etmək üçün təcili beynəlxalq tədbirlər vacibdir.

Beynəlxalq təşkilat məhbusların həbs zamanı döyüldüklərini, istintaq vaxtı işgəncə edildiklərini və mühakimə dövrü vəkillə təmin olunmadıqlarına diqqət çəkərək, onların özünü müdafiə hüququndan məhrum edilkdilərini bildirib.

İnsan haqları təşkilatlarının yaydığı məlumata görə, Əkbər (Şahrox) Danişvərkar, Babək Əlipur, Məhəmməd Təqəvi Səngdehi, Puriya Qubadi və Vəhid Bəniamerian avqustun 7-də əvvəlcədən xəbərdarlıq edilmədən Tehranın Fəşafuyə həbsxanasından Kərəcin Qızılhisar həbsxanasına köçürülüblər.

Bunun, adı çəkilən siyasi məhbusların edam edilməsi üçün baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, cari ildə İranda kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 763-ə çatıb, onlardan 19-u qadındır.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …