Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə əlaqəni cinayət saymağı nəzərdə tutan yeni qanun layihəsini kəskin şəkildə pisləyib. Federasiya xəbərdarlıq edib ki, bu layihənin qəbul edilərək tətbiq olunması ifadə azadlığını daha da məhdudlaşdıracaq, İran cəmiyyətini daha da təcrid edəcək və insanların məlumat əldə etmək hüququnu pozacaq.

Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Entoni Blanjer bu layihəni ifadə azadlığının daha da məhdudlaşdırılmasına və informasiya dövriyyəsinə nəzarətin gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirib. O bildirib ki, beynəlxalq KİV-lərlə əlaqələrin məhdudlaşdırılması İran xalqının səsinin daha da boğulmasına gətirib çıxaracaq.

Blanjer İran rejiminin rəsmilərini bu qanun layihəsindən imtina etməyə, jurnalistləri və onların məlumat mənbələrini qorxutmaq siyasətinə son qoymağa çağırıb.

IFJ-nin məlumatına görə, qanun layihəsinin parlamentdə müzakirəsi hələ başa çatmayıb və onun müddəaları sonrakı müzakirələr zamanı dəyişdirilə bilər.

Layihənin parlament tərəfindən qəbul edilməsindən sonra mətn İran rejiminin Konstitusiyaya Nəzarət Şurasına göndəriləcək. Bu qurum layihəni təsdiqlədiyi halda, ifadə azadlığına və vətəndaşların xarici KİV-lərlə əlaqələrinə qarşı daha geniş məhdudiyyətlərin tətbiqi üçün hüquqi zəmin yaranacaq.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …