Şənbə , Aprel 20 2024
azfa

Beynəlxalq Təhsil Təşkilatı Əli Xameneyidən məhbus müəllimləri sərbəst buraxmağı tələb edib

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana”a istinadən yaydığı məlumata görə, Beynəlxalq Təhsil Təşkilatı İranın ali rəhbəri Əli Xameneiyə məktub yazaraq müəllim və işçilərə qarşı repressiyaları dayandırmağa, onları sərbəst buraxmağa çağırıb.

“Uzun illərdir ki, iranlı müəllimlər yüksək səslə özlərini layiqli iş mühiti  hüquqlarını, işçi və vətəndaş kimi əsas hüquqlarının tanınmasını tələb edirlər. Bütün cəmiyyətlərdə dinc toplaşmaq və təşkilat yaratmaq hüququ əsas hüquqlardan sayılır. Bu hüquqdan istifadə edən həmkarlar ittifaqı fəallarının həbsi Beynəlxalq Əmək Təşkilatının azadlıq və təşkilatlanma hüququnun müdafiəsi haqqında 87 saylı, kollektiv qurumlar yaratmaq hüququna dair 98 saylı bəyannamələrinə ziddir. Bu, İran rəsmilərinin öz vəzifə səlahiyyətlərindən açıq-aşkar su-istifadəsi deməkdir”-deyə, məktubda vurğulanır.

 Məktub müəllifləri müraciəti Dünya Təhsil Birlikləri Federasiyası adından, dünyanın 178 ölkəsindəki 32 milyon təhsil işçisi tərəfindən yazdıqlarının bildiriblər. 

 Qeyd edək ki, Müəllimlər həftəsi ərəfəsində, mayın 1-də işləyən və təqaüddə olan müəllimlər və təhsil işçiləri İranın 40-dan çox şəhərində toplaşaraq tələblərinin yerinə yetirilməməsinə etiraz etdikləri üçün onlarla müəllim və bir çox həmkarlar ittifaqı fəalı həbs edilib. 

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …