Bazar , Oktyabr 18 2026
azfa

Rusiyadan daha bir cinayət: Rus hərbçiləri jurnalistləri güllələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın şərqindəki Syeverodonetsk şəhərində jurnalisləri daşıyan avtobus Rusiya ordusunun atəşinə məruz qalıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Atəş nəticəsində agentliyin iki əməkdaşı yaralanıb, avtobusun sürücüsü həlak olub. Məlumata görə, fotoqraf Aleksandr Ermoçenko və operator Pavel Klimov xəstəxanya aparılıb. Onların vəziyyətinin ölümcül olmadığı bildirilib.

Qeyd edək ki, müharibə başlayandan Ukraynada 8 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …