Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Parlamen Assambeliyası arasında əməkdaşlıq genişlənir

GADTB-nin Mətbuat Mərkəzinin “AZƏRTAC”a istinadən yaydığı məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə TürkPA-nın Baş katibi Jandos Asanov arasında görüş keçirilib. Hər iki qurumun üzv dövlətlərinin Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğunu vurğulayan G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TürkPA arasındakı əməkdaşlıqdan bəhs edib. Bildirilib ki, digər tədbirlərlə yanaşı, ötən il Milli Məclisində “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələri son 25 ildə” mövzusunda konfransla birgə rəsm sərgisi təşkil olunub. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafı məsələlərindən danışan G.Əfəndiyeva hər iki təşkilatın birgə daha çox layihələr reallaşdırmasının vacibliyini qeyd edib.

Türk tarixində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının burada yarandığını və bu səbəbdən TürkPA katibliyinin Bakıda yerləşməsinin təsadüfi olmadığını söyləyən J.Asanov üzv dövlətlərin başçılarının sözügedən təşkilata göstərdiyi dəstəkdən bəhs edib. J.Asanov TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daxil olmaqla türkdilli qurumların BMT-nin Nizamnaməsində təsbit edilən norma və prinsiplərə uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, həmçinin dekabrın 8-də Bişkekdə keçiriləcək TürkPA-nın yeddinci plenar iclasında müzakirəsi nəzərdə tutulan məsələlərdən söz açıb.

Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın