Binabda öyrəncilərin davamlı dirənişi nəticə verdi: Azərbaycan türkcəsi fənni yenidən əlavə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Binab şəhərinin Universitetində Azərbaycan türk dili və ədəbiyyatı fənninin könüllü fənn kimi tədrisi, universitetin tədris proqramına əlavə edilib. Bu isə azərbaycanlı öyrəncilərin davamlı müraciəti və tələbi nəticəsində baş verib.

Azərbaycanlı öyrəncilərin haqlı tələbi və dirənişi Binab Universitetinin yeni rəhbərliyini Azərbaycan türk dili və ədəbiyyatı fənnini tədris proqramına yenidən əlavə etməyə məcbur edib.

Qeyd edək ki, Güney Azərbaycanın Binab şəhərinin universitetində öyrəncilərin könüllü seçdiyi Azərbaycan türkcəsi fənni ləğv edilmişdir.

Azərbaycanlı öyrəncilərin illər boyu mübarizəsi nəticəsində Binab Universitetində açılan 2 vahidlik (kredit) Azərbaycan türkcəsi və ədəbiyyatı fənni tədris olunurdu. Dərsliklərin tədrisinə hətta Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi tərəfindən icazə verilmişdi və Universitetin Təlim Şurasında təsdiqləndikdən sonra tədrisə başlanmışdır.

Azərbaycanlı öyrəncilər böyük coşqu ilə həmin könüllü seçilən fənni seçirdilər. Lakin universitetin yeni rəhbərliyi və Ruhani hakimiyyətinin fitnəkarlığı nəticəsində həmin könüllü seçilən Azərbaycan türkcəsi fənni könüllü fənnlər siyahısından çıxarılıaraq, ləğv edilmişdir.

Həmçinin yoxlayın

Prezident İlham Əliyev İranın Naxçıvana hücumi ilə bağlı təcili iclas keçirdi

GADTB: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı …

İran Xarici İşlər Nazirliyi Azərbaycanı dost ölkə adlandırır Sepah hədələyir

GADTB: İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət …

Bir cavab yazın