GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal molla rejimin həbs etdiyi və son günlər zaminə buraxılan azərbaycanlı fəal Yusuf Kari ilə görüşüb.
Azərbaycan Milli Hərəkatının fəallarının Yusuf Kari ilə görüşündə deyiblər: “Milli tələblərimizin həyata keçməsi uğrunda hər zamankindən daha qətiyyətlə mübarizə aparacağıq.”
Belə ki, fəallar bir müddət öncə 300 milyon tümənlik girov qarşılığında Ərdəbil zindanından azad edilmiş Yusuf Kari ilə görüş keçirib milli məsələləri müzakirə ediblər.
Abbas Lisani, Nasir Tişə, Siyamək Mirzəyi, Ali Xeyrcu, Aydın Zakiri, İsa Əzizi, Səid Hüseyni, Mehdi Bədəli gğrüşdə iştirak edənlər arasında olub.
Video: