Cümə , Sentyabr 18 2026
azfa

İran zəifləyib və nüvə sazişi əldə etməyə cəhd edə bilər

GADTB: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyom Börns Tehranın son regional uğursuzluqlarına toxunaraq deyib ki, İran zəif vəziyyətdədir və bu durum İran hökumətini ciddi nüvə danışıqlarında iştirak etməyə sövq edə bilər.

O, bildirib ki, İranın hazırkı prioriteti ayaqda qalmasını təmin etməkdir.

“Son altı-yeddi ay ərzində İranın strateji mövqeyi əhəmiyyətli dərəcədə zədələnib. İsrailə qarşı iki uğursuz raket hücumları, ən mühüm proksi qüvvəsi Hizbullahın məğlubiyyəti, Qəzza zolağında HƏMAS-ın gücünün zəifləməsi, İran hökuməti strateji baxımdan zəif mövqeyə qoyub”, – deyə, MKİ rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, İranın hazırkı vəziyyəti Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlamasına imkan yarada bilər. / Azad İran

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …