Cümə , Oktyabr 30 2026
azfa

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib ki, Hörmüz, Babülməndəb boğazlarında və onların ətrafındakı sularda gəmiçilik azadlığı beynəlxalq hüquqa uyğun olaraq tam təmin edilməli və bütün tərəflər buna hörmət etməlidir.

O, həmçinin husilərin Səudiyyə Ərəbistanındakı mülki infrastruktura hücumlarını və Babülməndəbdə azad gəmiçiliyə maneələr yaratmasını pisləyib. Quttereş bildirib ki, BMT-nin xüsusi nümayəndələri bu gərginliklərin aradan qaldırılması istiqamətində geniş səylər göstərirlər.

BMT Baş katibi husilərin Babülməndəb istiqamətində irəliləməsi ilə bağlı danışarkən bu bölgədə gəmiçilik azadlığının “nəyin bahasına olursa-olsun” təmin edilməli olduğunu vurğulayıb.

Davam edən hərbi əməliyyatlara toxunan Quttereş bildirib ki, Yəməndəki müharibə təcrübəsi bu böhran üçün hərbi yolla həllə nail olmağın olduqca çətin olduğunu göstərir. O əlavə edib: “Hərbi əməliyyatlar davam edir, lakin bu, təkbaşına problemi həll etməyəcək.”

Quttereş ciddi danışıqlara başlanmasının vacibliyini vurğulayıb və tərəfləri Yaxın Şərqdə qarşıdurmanın daha da kəskinləşməsinə son qoymaq üçün dialoqa başlamağa çağırıb.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …