Bazar ertəsi , Yanvar 24 2022
azfa

BMT-nin İran üzrə xüsusi nümayəndəsi Abbas Lisaninin durumundan narahatdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İran üzrə xüsusi nümayəndəsi Cavid Rəhman hesabatı yayınlayaraq, tanınmış azərbaycanın siyasi məhbus Abbas Lisaninin durumundan nigəranlığını bildirib.

Fevral ayının 9-da Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi professor Cavid Rəhmanın 2021-ci il martın 21-də BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəyi hesabatı nəşr olunub.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin (ƏRK) rəhbəri Jalə Təbrizi həmin xəbəri yayaraq vurğulayıb: Bu ətraflı hesabatda xüsusi nümayəndə öz dili və mədəniyyətinə bağlı olan və bu gün zindanlarda saxlanılan insanların durumu barədə narahatlığını bildirərək Abbas Lisani haqqında deyib:

 “2020-ci ilin iyul ayında İran Ali Məhkəməsi, Azərbaycan türkü, mədəni fəal Abbas Lisaniyə qarşı irəli sürülən milli təhlükəsizlik əleyhinə fəaliyyətə görə 15 il həbs cəzasının yenidən nəzərdən keçirilməsini rədd etdi.”

Jalə Təbrizi bildirib ki, “Azərbaycan İnsan Haqları Cəmiyyətinin (ƏRK) Abbas Lisaninin ədalətsiz mühakiməsi və 15 il həbsinə qarşı etiraz şikayətləri və məsələnin bu cəmiyyət tərəfinbdən diqqətdə saxlanılması davam edəcək.”

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …