Cümə axşamı , Aprel 30 2026
azfa

BMT-nin İran üzrə məruzəçisi Güney Azərbaycandan olan siyasi məhbuslarla bağlı hesabatı yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İran üzrə xüsusi məruzəçisi professor Cavid Rəhman İran adlanan yerdə ana dilində təhsil hüququnun pozulması və Güney Azərbaycandan olan siyasi məhbuslarla bağlı  məlumatları da öz hesabatına daxil edib.

Məruzəçinin hesabatında İranda ölüm hökmü, əsassız həbslər, söz azadlığının məhdudlaşdırılması, dinc toplaşmanın qarşısının alınması, standart yaşayış səviyyəsi, İran hökumətinin koronavirusla bağlı gördüyü tədbirlər, qadınların, etniklərin və dini azlıqların durumu əks olunub.

Cavid Rəhman hesabatın hazırlanmasında “Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyətinin yaydığı hesabatlara və bir sıra başqa insan haqları təşkilatının hesabatına edib.

Cavid Rəhmanın hesabatı 10 fevral 2022-ci ildə dərc olunub. Hesabat martın 17-də Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə 49-cu sammitində təqdim ediləcək.

BMT-nin İran üzrə məruzəçisi Cavid Rəhmanın məruzəsinin 47-ci bəndində bəzi mədəni məhbusların adları, məhkumluqları qeyd olunur.

Hesabatın bir hissəsində yazılıb “Ana dilində təhsil hüququna qoyulan məhdudiyyətlər azlıqları narahat etməkdə davam edir. Azərbaycan türklərinin hüquqlarının müdafiəçiləri Abbas Lisani və Əlirza Fərşi hələ də həbsdədir.

Başqa bir azərbaycanlı mədəni fəal, 2021-ci ilin iyul ayı etirazları ilə bağlı saxlanılan Pərviz Siyabi 16 il həbs cəzasına məhkum edilib və cəzanın 10 ilini həbsxanada keçirməli olduğu barədə qəti qərar çıxarılıb”.

Hesabatda 2020-ci ilin oktyabrında keçirilən etiraz aksiyaları zamanı həbs olunan 12 azərbaycanlı türk fəalın 2021-ci ilin oktyabrında rejimin Ərdəbildəki məhkəməsi tərəfindən 14 ay həbs və 74 şallaq cəzasına məhkum edildiyi qeyd edilib.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …