Bazar , Sentyabr 20 2026
azfa

BMT-nin məruzəçisi azərbaycanlı vəkil Məhəmmədrza Fəqihinin azadlığa buraxılmasını istədi

GADTB: Fevralın 7-də BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Meri Lavlor İran hökumətini insan haqları müdafiəçilərinə qarşı basqılara və repressiyalara son qoymağa çağırıb. 

O, azərbaycanlı vəkil Məhəmmədrza Fəqihin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə toxunaraq bildirib ki, onun iki il müddətinə vəkillik fəaliyyətinə də qadağa qoyulub. Meri Lavlorun sözlərinə görə, hu hökm güneyli hüquqşünasın qadın haqları sahəsindəki fəaliyyətlərinə görə çıxarılıb. 

Əvvəllər təhlükədə olan insan haqlar müdafiəçilərini qorumağa çalışan “Front Line Defenders” qrupu də həbsdə olan Məhəmmədrza Fəqihinin azadlığa buraxılmasına çağırış edən bəyanat yayaraq, onun özbaşına və məhkəmədən kənar mühakimə edilməsini pisləyib.

Qeyd edək ki, əslən Ərdəbil əyalətinin Hir şəhərindən olan və Tehranda məskunlaşan Məhəmmədrza Fəqihi Mərkəzi Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının və Tehrandakı Məhbusların Müdafiə Cəmiyyətinin idarə heyətinin üzvü olub. O bir çox azərbaycanlı vətəndaş və siyasi fəalı vəkil olaraq təmsil edib və Mərkəzi Vəkillər Kollegiyasında casusluq işlərində müttəhimlərin müdafiəsinə cavabdeh olan azsaylı vəkillərdən biri olub.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …