Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İranın Ermənistandakı səfiri İrəvanda “Qarabağ” mahnısının oxunmasından narahat olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Ermənistandakı səfiri İrəvanda “Qarabağ” mahnısının oxunmasından narahat olub.

Son günlər İrəvanda Güney Azərbaycandan olan gənclərin “Qarabağ” mahnısını ifa etdiyi klipin yayımlanmasına münasibət bildirən molla rejimin İrəvandakı səfiri narahatlığını ifadə edib.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Qarabağ” mahnısının səslənməsinə sərt reaksiya verib və bunu “dəyərsiz və şübhəli” adlandırıb. 

İran səfiri cümə axşamı Ermənistanda keçirdiyi mətbuat konfransında məsələyə belə münasibət bildirib:

“Bu insanlar nə İran millətini, nə də İran hökumətinin rəsmi mövqeyini təmsil etmirlər. Məqsədli edilən hərəkətlər erməni xalqında heç bir şübhə yaratmamalıdır. Bu adamlar nəinki İran millətini, heç İran azərilərini də təmsil etmirlər və yəqin ki, bu təxribaçılar Ermənistan xalqı arasında şübhə və anlaşılmazlıq yaratmağa çalışırlar.”

Qeyd edək ki, irqçi fars-molla rejimi müxtəlif təxribatlar və qərəzli hərəkətlərlə Güney Azərbaycan türkləri ilə Quzey Azərbaycan və Türkiyə türkləri arasında ixtilaf salmağa çalışırlar.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …