Cümə axşamı , Avqust 20 2026
azfa

Boris Conson terrorçu Sepahın İsrail gəmisinə qarşı terror əməlinə görə İrana xəbərdarlıq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Boris Conson dünən bildirdi ki, İran gərək Umman sahillərində İsrail gəmisinə faciəli hücumun nəticələri ilə qatrşılaşsın.

O deyib bu ticarət gəmisinə qəbul edilməz hücumdur və İran bu teeror əməlinin nəticələrindən boyun qaçıra bilməz. O İranın da daxil olmaqla bütün dünya ölkələrinin azad gəmiçilik qanunlarına tabe olmalı olduğunu bildirib.

Lakin İran rejimi özünün terror əməlinə bəraət qazandırmaq üçün Böyük Britaniyanın İrandakı Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Böyük Britaniyanın xarici işlər nazirinin körfəzdəki qeyri-sabit vəziyyətin yaranmasında İranı təqsirkar hesab etməsi rəsmi Tehranın etirazına səbəb olub.

Müvəqqəti işlər vəkilinə İranın etirazı çatdırılıb və izah edilib ki, körfəz İran üçün strateji xarakter daşıyır və rəsmi Tehran burada qeyri-sabit vəziyyətin yaranmasında maraqlı deyil. Tam əksinə İran dəniz sərhədlərində sabitliyin hökm sürməsini istəyir. Körfəzdə sabitliyi İran deyil, uzaq ölkələrdən bura hərbi gəmilər göndərənlər pozmaq istəyirlər.

Müvəqqəti işlər vəkili rəsmi Tehranın etirazını öz hökumətinin nəzərinə çatdıracağını bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın İrandakı səfiri məzuniyyətdə olduğu üçün Xarici İşlər Nazirliyinə onu əvəz edən müvəqqəti işlər vəkili çağırılıb.

Həmçinin yoxlayın

Tramp İrana qarşı «ən sarsıdıcı iqtisadi əməliyyatın» başlandığını açıqladı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran rejiminə qarşı «indiyədək hər hansı bir ölkəyə qarşı həyata …

Britaniya İrana qarşı 7 yeni sanksiya tətbiq etdi

QADTB: Böyük Britaniya hökuməti çərşənbə günü, avqustun 19-da İranla bağlı sanksiyalar siyahısına 7 yeni şəxs …