Cümə axşamı , Avqust 20 2026
azfa

Azərbaycan-Türkiyə arasında velosipedlə yürüşə çıxan azərbaycanlı gənc Rəsulzadənin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı gənc Əli Həmzəzadə Antalyadan başlayaraq Azərbaycan-Türkiyə arasında velosiped turuna çıxıb.

Həmzəzadə Ankara şəhərinə çatarkən Məhəmməd Əmin Rəsulzadə və Mustafa Kamal Atatürkün məzarlarını ziyarət edib və daha sonra yoluna davam edib.

Antalyanın Akdeniz Universitetindən hüquq üzrə doktorant olan azərbaycanlı gənc Əli Həmzəzadə 21 iyulda “Özgürlük yolçusu” adı altında Antalyadan Qarabağa doğru velosipedlə yürüşə çıxıb.

Həmzəzadə avqustun 1-ə kimi 700 kilometrlik məsafə qət edərək Ankara şəhərinə çatıb. Azərbaycanlı gənc Əsri qəbristanlığına və Anıt Məzar Kompleksini ziyarət edib.

Əli Həmzəzadənin yürüşdən məqsədi Güney Azərbaycanı tanıtmaq və Güney Azərbaycanda ana dillərində təhsil hüququndan məhrum azərbaycanlı uşaqlara türkcə kitab alıb vermək üçün imkan sağlamaqdır.

Həmzəzadə həmçinin yol boyu Türkiyə, Gürcüstan və Azərbaycanın təbiət görüntülərindən ibarət sənədli film hazırlamağı da qarşıya məqsəd qoyub. Onun məqsədi Azərbaycan və Türkiyə türklərinin qardaşlığını və birliyini göstərməkdir.

Azərbaycanlı gənc velosipedlə yürüş boyu Azərbaycan, Türkiyə və Traxtur klubunun bayraqlarını daşıyır.

Həmçinin yoxlayın

Tramp İrana qarşı «ən sarsıdıcı iqtisadi əməliyyatın» başlandığını açıqladı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran rejiminə qarşı «indiyədək hər hansı bir ölkəyə qarşı həyata …

Britaniya İrana qarşı 7 yeni sanksiya tətbiq etdi

QADTB: Böyük Britaniya hökuməti çərşənbə günü, avqustun 19-da İranla bağlı sanksiyalar siyahısına 7 yeni şəxs …