Şənbə , Oktyabr 24 2026
azfa

Böyük Britaniyadan İran İslam Respublikasına qarşı yeni sanksiyalar: banklar, gəmilər və təyyarələr üçün daha sərt məhdudiyyətlər

GADTB: Böyük Britaniya hökuməti İran İslam Respublikasına qarşı sanksiyaların əhatə dairəsini genişləndirən yeni qanunvericilik sənədi yayımlayıb. Yeni tədbirlər İranın ticarət fəaliyyətinə, maliyyə sisteminə çıxışına, gəmiçiliyinə və aviasiya sektoruna daha sərt məhdudiyyətlər tətbiq edir.

Reuters xəbər verir ki, yeni qanun İran İslam Respublikasının Böyük Britaniyanın maliyyə sisteminə çıxışını daha da məhdudlaşdırır, ticarət qadağalarını əlavə məhsul, texnologiya və xidmətlərə şamil edir və İranla əlaqəli gəmilərin hədəfə alınması imkanlarını genişləndirir.

Bundan əlavə, müvafiq istisnalar tətbiq olunan hallar istisna olmaqla, İran təyyarələrinin Böyük Britaniya ərazisində eniş etməsinə qadağa qoyulacaq.

Böyük Britaniyanın Xarici İşlər üzrə dövlət naziri Stiven Dauti bildirib ki, bu tədbirlər İran İslam Respublikasının nüvə proqramına təzyiqi artırmaq məqsədilə hazırlanıb. Onun sözlərinə görə, əsas məqsəd Tehranın “heç vaxt nüvə silahına sahib olmamasını təmin etməkdir”.

Həmçinin yoxlayın

Mai Sato müharibənin İranda repressiyaları daha da gücləndirdiyini deyir

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato sosial media hesabında bildirib ki, müharibə İranda …

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …