Britaniyanın Henri Cekson İnstitutu: “Sepah terror təşkilatı kimi tanınmalıdır”

GADTB: Britaniyanın Henri Cekson İnstitutu Sepah-ın ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid olduğunu vurğulayaraq, onun terror qruplaşması siyahısına daxil edilməsini istəyib.

Məlumata görə, institut Sepah-ı Britaniyada dini zorakılığı təbliğ etməkdə deyil, həm də cinayətkar dəstələrlə əməkdaşlıq edərək ölkədə öz müxaliflərinə qarşı casusluq etməkdə və onları hədələməkdə ittiham edib.

Hesabatın müəllifi Barak Siner vurğulayıb ki, hazırda Britaniya ərazisində Sepah ilə bağlı mərasim və tədbirlərin keçirilməsi zorakılığı təbliğ etmək, azlıqlara qarşı zorakılıq hərəkətlərini tərifləmək və ekstremizmi təbliğ etmək üçün zəmin yaradır.

Onun sözlərinə görə, buna səbəb bəzən sanksiya qanunları ilə Britaniyanın antiterror qanunları arasında mövcud olan ziddiyyətlərdir.

Henri Cekson İnstitutu 2025-ci ildə dərc edilmiş əvvəlki hesabata istinad edərək əlavə edib: “Sepah-a qarşı sanksiyaların tətbiqinə baxmayaraq, bu sanksiyalar çox vaxt tam və effektiv şəkildə həyata keçirilmir: “Ona görə də Böyük Britaniyanın 2000-ci il Terrorla Mübarizə Aktı təkcə daxili terrorizmi deyil, həm də beynəlxalq terrorizmi əhatə edəcək şəkildə şərh edilməlidir”.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının Şimali Kiprlə bağlı mənfi mövqeyi yoxdur

GADTB: Türk Dövlətləri Təşkilatı ölkələrinin Şimali Kipr Türk Cumhuriyyətinə qarşı hər hansı mənfi mövqeyi yoxdur. …

Türk Dövlətləri Təşkilatı Avropada toplaşır

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) növbəti qeyri-rəsmi liderlər zirvə görüşünün tarixi məlum olub. Zirvə toplantısı …