Şənbə , Noyabr 14 2026
azfa

Bu gün 1 Xordad qiyamının ildönümüdür

GADTB: Bu gün Güney Azərbaycanda Azərbaycan Türk Millətinin 2006-cı ilin may ayında fars şovinizminə qarşı qiyamından 17 keçir.

22 may 2006-ci ildə “İran” qəzetində türklərin kimliyinə qarşı təhqiramiz karikatura dərc edildikdən sonra Güney Azərbaycanın hər yerində etiraz toplantıları keçirilib. Təbriz, Urmiya, Ərdəbil, Tehran, Əhər, Zəncan, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Xiav, və … şəhərlərinin əhalisi küçələrə axışaraq etiraz mitinqləri keçirdilər.

Xalq etirazları nəhayət 2006-ci il iyunun 1-də Azərbaycanda milli üsyana səbəb oldu və bir neçə gün davam etdi. Həmin günlərdə Azərbaycan Türk Milləti İslam Respublikasının faşist siyasətinə və İran qəzetinə qarşı birləşdi.

Əslində “İran” qəzetinin təhqiramiz karikaturası Azərbaycanda ümummilli etirazların başlaması üçün bəhanə oldu. Azərbaycan milli üsyanının əsas motivini fars faşizminin və rasizminin bir neçə onilliklər boyu sürdüyü zülm, təhqir və ayrı-seçkilikdə axtarmaq lazımdır.

İran İslam Respublikası Azərbaycan türk millətinin üsyanı başlayandan sonra polis əməkdaşlarının şəhərlərə vəhşicəsinə basqınları ilə misli görünməmiş cinayət nümayiş etdirdi. Azərbaycanda bir neçə ay hərbi rejim quruldu. Minlərlə insan həbs edildi, yüzlərlə insan həbs edildi

Təhlükəsizlik qüvvələri yüzlərlə etirazçını vəhşicəsinə güllələyib. Həmin hadisə zamanı azı 13 nəfər, növbəti il isə Qiyayamın ildönümü mərasimində 2 nəfər şəhid olub. Bu şəhidlərin qatilləri və günahkarları hələ də mühakimə olunmayıb.

Ümumiyyətlə qiyamda bir neçə nəfər Azərbaycanın bir sıra şəhərlərində, xüsusilə Sulduzda şəhid edilmişlər.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …