Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi Nəmində hicaba görə 5 nəfəri həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mayın 19-da Güney Azərbaycanın Nəmin bölgəsində yerləşən Fındıqlı meşə parkında hökumət məmuru ilə vətəndaşlar arasında baş verən qarşıdurma nəticəsində 5 azərbaycanlı həbs edilib.

Ərdəbil vilayətində rejimin polis rəisi Cavad Təqəvi bununla bağlı məlumat yayıb.

Molla rejimin məmurları meşə parkında dincələn gənc qadınların geyim tərzlərinə irad bildirib, onları təhqir edib.

Bu, qadınların ailə üzvlərinin etirazlarına səbəb olub və məmurlarla onlar arasında qarşıdurma baş verdikdən sonra bölgəyə çağrılan əlavə polis qüvvələri ailələrin 5 kişi üzvünü həbs ediblər.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …