Bazar ertəsi , Yanvar 24 2022
azfa

Bu gün Türkün qəhrəmanlıq tarixi – Çanaqqala zəfərinin ildönümüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngiltərə və Fransanın Birləşmiş Dəniz Donanması ordularına qarşı türk sərkərdəsi Mustafa Kamalın başçılıq etdiyi Osmanlı ordusunun müqaviməti 18 martda zəfərlə nəticələndi.

İstanbulu işğal etmək və Osmanlı imperiyasını Birinci Dünya Müharibəsindən kənarda saxlamaq üçün Antanta İttifaqı dövlətləri 1915-ci ildə Çanaqqala boğazını keçməyə çalışdı, ancaq müvəffəq ola bilmədilər: İngiltərə və Fransanın Birləşmiş Dəniz Donanması ordularına qarşı türk sərkərdəsi Mustafa Kamalın başçılıq etdiyi Osmanlı ordusunun müqaviməti 18 martda zəfərlə nəticələndi. Bu gün tarixə “18 mart dəniz döyüşü” olaraq düşdü.

Türkiyə ordusu birləşmiş ittifaq ordusunun 3 zirehli gəmisini batırdı, 4 zirehli gəmiyə isə ağır zərbə vuraraq onların döyüş gücünü məhv etdi.

Antanta dövlətləri Çanaqqala boğazını donanma ilə keçə bilməyəcəklərini görüncə quru ordusu ilə Gelibolu yarımadasını işğal üçün 25 apreldə adaya yönəldilər.

Qeyd edək ki, Çanaqqala savaşı Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1915-ci ildə Anadolunun Gelibolu yarımadası uğrunda dəniz, quru və hava müharibələri idi.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …