Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Cənubi Azərbaycan şəhərlərində İran rejiminin mövqelərinin bombalanması davam edir

GADTB: Gecə boyunca İran rejiminə məxsus hərbi və digər hədəflərin Cənubi Azərbaycan şəhərlərində güclü şəkildə bombalanması davam edib.

Məlumata görə, səhər saat 05:58 radələrində Üskü və Xosrovşah ətrafında çox güclü partlayış səsi eşidilib. Həmçinin 05:46-da Təbrizdə döyüş təyyarələrinin səsi qeydə alınıb.

Yerli mənbələrin bildirdiyinə görə, gecə ərzində bir neçə partlayış baş verib:

Saat 02:09-da Bağmeşə istiqamətindən partlayış səsi eşidilib.

Saat 02:00 radələrində Səhənd tərəfdən iki güclü partlayış baş verib.

Saat 01:48-də Təbriz yaxınlığında iki güclü partlayış qeydə alınıb.

Saat 01:50-də isə Təbriz ətrafında daha bir güclü partlayış eşidilib.

ABŞ və İsrailin hücumları nəticəsində Şərqi Azərbaycan vilayətində ölənlərin sayı 55 nəfərə çatıb.

Şərqi Azərbaycan vilayəti üzrə böhran vəziyyətlərinin idarə olunması idarəsinin rəhbəri Məcid Fərşi bildirib ki, hücumlar nəticəsində 278 nəfər də yaralanıb.

Onun sözlərinə görə, ölən 55 nəfərdən 43-ü Şərqi Azərbaycan vilayətində, digər 12 nəfər isə vilayət sakinləri olub və ölkənin başqa bölgələrində baş verən hücumlar zamanı həyatını itirib.

Məcid Fərşi əlavə edib ki, dünən gecədən etibarən vilayət ərazisində 11 məntəqə hücuma məruz qalıb.

Onun sözlərinə görə, hücum edilən yerlər arasında vilayətin polis komandanlığı qərargahı da var. Hücumların baş verdiyi bölgələr sırasında Mərənd, Marağa, Azərşəhr, Culfa və Bostanabad rayonları da yer alır.

Eyni zamanda Urmiya, Sulduz (Nəqədə), Zəncan, Həmədan, Ərak və Kərəc şəhərlərinin də hücuma məruz qaldığı bildirilir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …