Cümə axşamı , Noyabr 12 2026
azfa

Türkiyə İrana kəskin xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidan və Abbas Əraqçı Türkiyənin hava məkanında ballistik raketin zərərsizləşdirilməsindən sonra telefon əlaqəsi saxlayıblar.

Türkiyə xarici işlər naziri hadisə ilə bağlı Ankaranın mövqeyini iranlı həmkarına bildirib.

Söhbət zamanı Fidan İrandan Türkiyə atılan raketə qarşı Ankaranın etirazını iranlı həmkarı Abbas Əraqçıya çatdırıb.

Fidan Əraqçını münaqişənin gərginləşməsinə səbəb ola biləcək hər hansı addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, bu gün İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönələn raket vurulub. Bununla bağlı, Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

“Hatay vilayətində yerə düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı itki və ya xəsarət qeydə alınmayıb”, – deyə, vurğulanıb.

Artıq raketin qalıqları Hatay vilayətində yerə düşüb. Aparılan ilkin araşdırmalar nəticəsində parçaların hava hücumundan müdafiə sisteminə məxsus sursat olduğu müəyyən edilib. Raketin qalıqları isə hazırda vurulduğu ərazidən çıxarılıb.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …