Çərşənbə , Yanvar 22 2025
azfa
Qaynar xəbər

Çavuşoğlu Qırğızıstana Azərbaycan yolu ilə nəqliyyat dəhlizi yaradılmasını təklif etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstana Azərbaycan yolu ilə nəqliyyat dəhlizi yaradılmasını təklif etdi.

Çavuşoğlunun Qırğızıstana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına Mövlud Çavuşoğlu və qırğız həmkarı Ruslan Kazakbayev cavab verib.

Hər iki nazir səfərin əhəmiyyəti haqqında söz açıb, səmərəli danışıqlar aparıldığını bildiriblər.

Ruslan Kazakbayev deyib ki, danışıqlarda ölkələr arasında ticari-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. Türkiyə tərəfi Qırğızıstan-Türkiyə İnvestisiya Fondunun yaradılması təklifini irəli sürüb. Qırğızıstan, Rusiya və Macarıstan arasında artıq belə bir fond yaradılıb və uğurla fəaliyyət göstərir. Biz Türkiyə ilə əmtəə mübadiləsini 1 milyard dollara çatdırmağı qərara almışıq.

Mövlud Çavuşoğlu qeyd edib ki, ticarət, nəqliyyat və loqistika sahələrində maneələr aradan qaldırılmalıdır. Qırğızıstanda və Türkiyədə logistik mərkəzlər qurulmalı, Qırğızıstandan Azərbaycana nəqliyyat dəhliz yaradılmalıdır. Sonra isə Qırğızıstandan mallar Azərbaycan vasitəsi ilə rahat şəkildə Gürcüstan, Türkiyə və Avropaya göndərilə bilər. Türkiyənin xarici işlər naziri təklif edib ki, bu tip layihələri reallaşdırmaq lazımdır.

Həmçinin yoxlayın

Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb

GADTB: Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi …

İran Azərbaycan səfirliyinə terror hücumu edən şəxslə bağlı qərarı dəyişib

GADTB: İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə …