Şənbə , Fevral 8 2025
azfa

Gündəlik Arxivlər: Yanvar 16, 2025

Molla rejimi Güney Azərbaycanda daha bir körpəyə türk adına görə doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanda daha bir körpəyə türk adına görə doğum şəhadətnaməsi vermir. “Dan.Magazin” xəbər verir ki, Səlmasda molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri Tohid Meknətinin yeni dünyaya gələn övladına Türkay adı verməsinə qarşı çıxıblar və dörd ay doğum haqqında şəhadətnaməsiz saxladıqdan sonra ona başqa adla doğum …

Ətraflı oxu »

Türk Dövlətləri Təşkilatı ölkələrinin Gömrük Xidməti Rəhbərlərinin XI iclası Qazaxıstanda keçiriləcək

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin XI iclası Qazaxıstanda keçiriləcək. Bu barədə bu gün Bakıda keçirilən TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X iclasının protokolunda bildirilib. Qeyd edilib ki, bu il üçün planlaşdırılan tədbirlər sırasında pilot layihənin icrası məqsədilə texniki işçi qrupun yaradılması və fevral ayında ilk görüşün təşkili daxildir. …

Ətraflı oxu »

Ovçu (Sayad) Məhəmmədianın 3 günlük məzuniyyətdən sonra yenidən Kərəcdə zindana salındı

GADTB: Yanvarın 13-də 3 günlük məzuniyyətə çıxmış, Kərəcdə yaşayan azərbaycanlı türk fəal Ovçu (Sayad) Məhəmmədian məzuniyyətinin sona çatması ilə əlaqədar dünən Kərəcin Kəçuli zindanına salınıb. Ovçu (Sayad) Məhəmmədian İranın ETTELAAT qüvvələri tərəfindən Kərəcdəki evində həbs olunduqdan sonra nayabırın 25-dən bəri Kərəcin Kərçii həbsxanasında altı aylıq həbs cəzasını çəkir. Ovçu Məhəmmədian …

Ətraflı oxu »

Molla rejimi molla Amolini Azərbaycanın fəxri adı ilə təbliğə başlayıb

GADTB: irqçi fars-molla rejimi molla Amolini Azərbaycanın fəxri adı ilə təbliğə başlayıb. Molla rejimin Ərdəbildəki Bələdiyyəsi ikiüzlü bir hərəkətlə Ərdəbilin cümə imamı Həsən Amelinin təsviri olan və “Azərbaycanın “fəxri” yazılı banner hazırlayaraq şəhər küçəsində yerləşdirib. Bildirilib ki, Ərdəbil Bələdiyyəsinin təhlükəsizlik orqanlarının göstərişi ilə həyata keçirdiyi bu hərəkət İran hökumətinin Azərbaycan …

Ətraflı oxu »

Urmiya şəhərinin küçələrinə öz tarixi adları yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürd valilərin Qərbi Azərbaycan vilayətindən uzaqlaşdırılmasından sonra Urmiya şəhərinin küçələrinə öz tarixi adları qaytarılıb. Artıq Urmiya Şəhər Şurasının qərarı ilə şəhərin qədim məhəllələrində əski türk adları olan lövhələr yerləşdirilməyə başlanılıb. Şuranın keçirilən son iclasında şəhərin tarixi və mədəni mahiyyətini qoruyub saxlamaq üçün …

Ətraflı oxu »

Molla rejimi Urmiya gölünü qurutmaq bahasına 90 min ton şəkər çuğunduru hasil edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi zəruri olan çox suya ehtiyacı olan məhsulları sırf Azərbaycanda əkdirməklə Urmiya gölünün qurudulmasına zəmin yaradıb. Belə ki, cari məhsul ilində Qərbi Azərbaycan əyalətinin Urmiya bölgəsində 90 min ton şəkər çuğunduru yığılıb və bu ötən illə müqayisədə 25% çoxdur. Urmiya Kənd …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər Tağızadə və sayın Elmar Elmnurun “MG TV”-də “Ermenistan’la Rusya arasında ipler tamamen kopma noktasına geldi!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və sayın Elmar Elmnur “MG TV”-də “Ermenistan’la Rusya arasında ipler tamamen kopma noktasına geldi!” mövzusunda çıxış etmişdir. Sayın Əjdər bəy Tağızadə və sayın Elmar bəy həmin proqramda çıxışında Rusiyanın Qafqaza hələ də …

Ətraflı oxu »

“Türk Dünyası Ensiklopediyası” hazırlanıb

GADTB: “Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə verilib. Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi Başkanlığı tərəfindən XXI əsrdə türk tarixi, tarixi şəxsiyyətləri haqqında ortaq yaddaşın yaradılması, gələcək nəsillərə ötürülməsi və mədəni əlaqələrin gücləndirilməsi məqsədi ilə hazırlanan “Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə …

Ətraflı oxu »