Çavuşoğlu: Zəngəzur dəhlizi bütün türk dünyasına töhfə verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasında çıxışı zamanı deyib ki, Zəngəzur dəhlizi bütün türk dünyasına öz töhfəsini verəcək.

Nazir qeyd edib ki, türkd ölkələrin iqtisadiyyatını bir-birinə bağlaya bilmək üçün logistika sahəsində əməkdaşlıqlar birləşdirilməlidir.

“Xəzərdən keçən Şərq-Qərb Mərkəzi Dəhlizi (Orta Dəhliz) Zəngəzur dəhlizi ilə daha da güclənəcək. Bütün türk dünyasının rifahına öz töhfəsini verəcək. Bu töhfədən faydalanmaq üçün aramızda ticarəti daha sərbəst hala gətirməliyik.” – deyə nazir bildirib.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …