Cümə , Fevral 6 2026
azfa

Çin Şərqi Türküstanda uyğur türklərini əsir götürdüyü düşərgələri qanuniləşdirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin radikal panislamizmdə günahlandıraraq, şərlədiyi Şərqi Türküstanda uyğur türklərinə zülm son həddə çatıb. Pekin əsir götürüb saxladığı uyğur türklərinin saxlandığı düşərgələr qanuniləşdirilib.

BBC Türkcənin xəbərinə görə, Şərqi Türküstan Uyğur Muxtar Bölgəsi səlahiyyətliləri, guya “radikal ideologiyalarla” mübarizə çərçivəsində “peşə kafilik təhsil mərkəzləri” yaradılması üçün qanunlarda dəyişikliyə getdi. Çinin antitürk rejimi uyğur türklərinə qarşı zülmü qanuni müstəviyə daşıyaraq, türkləri həv etməyi qarşıya məqsəd qoyub.

Qeyd edək ki, Birləşmiş Millətlər (BMT) Avqust ayında dərc etdiyi hesabatda Çinin bir milyona yaxın Uyğur Türkünü “yenidən təhsil” bəhanəsi ilə Qərb Şincandaki düşərgələrə göndərdiyi istiqamətindəki xəbərlərin narahatedici olduğu bildirərək, Çinə xəbərdarlıq etmişdi.

Həmçinin yoxlayın

İsrail İrana mümkün hücum üçün fövqəladə planları təsdiqlədi

GADTB: ABŞ-ın İran ətrafında hərbi mövcudluğunun artması fonunda İsrailin yüksək rütbəli hərbi rəsmiləri fövqəladə iclaslar …

«Məşdi İbad» tamaşası Urmiyada səhnəyə qoyuldu

GADTB: Cümə axşamı, 16 bəhmən 1404-cü il tarixində saat 18:00-da azərbaycanlıların sevilən və klassik teatr …

Bir cavab yazın