Şənbə , Oktyabr 31 2026
azfa

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün silahları üçüncü ölkə vasitəsilə çatdırmağı qarşıya məqsəd qoyublar.

“The New York Times” qəzeti yazıb ki, Çin şirkətləri İslam Respublikasına hərbi yardımın mənşəyini gizlətmək məqsədilə silahları üçüncü ölkələr vasitəsilə göndərməyi planlaşdırır.

Amerika rəsmilərinin sözlərinə görə, bu marşrutda iştirak edə biləcək ölkələrdən ən azı biri Afrikada yerləşir, ancaq hər hansı yükün həmin ölkəyə çatıb-çatmadığı hələlik məlum deyil.

Hesabatda qeyd olunur ki, məsələ ilə bağlı məlumatlandırılan ABŞ rəsmiləri Çin silahlarının daha öncə üçüncü ölkələr vasitəsilə göndərilib-göndərilmədiyi barədə fərqli dəyərləndirmələrə malikdirlər.

Bununla belə, mövcud müharibənin başlanmasından bəri ABŞ və ya İsrail qüvvələrinə qarşı döyüş meydanında Çin silahlarının istifadə edildiyinə dair sübut olmadığı vurğulanır.  

Həmçinin yoxlayın

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: İran İslam Respublikası rejimi müharibənin tərəfi olmayan ölkələrə hücum edib

GADTB: Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Bədəvi 2026-cı il oktyabrın 31-də …

Xameneyi İran ordusuna yeni hərbi göstərişlər verdi

GADTB: Bu gün İranın ali rəhbəri Müctəba Xameneyi ilə Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında …