Bazar , Oktyabr 11 2026
azfa

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur əsasında müsadirə olunduğunu iddia edib.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Müctəba Qəhrəmani həmin şəxsləri “düşmənə bağlı xaricdə yaşayan ünsürlər” adlandırıb və bildirib ki, məhkəmə sisteminin addımı İslam Respublikasına qarşı olan şəbəkələrlə əməkdaşlığa qarşı mübarizə çərçivəsində həyata keçirilib.

Hörmüzganda bu 24 nəfərin əmlakının müsadirə olunması son həftələrdə müdafiə edilən genişmiqyaslı təzyiq siyasətinin bir hissəsi kimi qiymətləndirilir.

Qulam Hüseyn Möhsüni Ejei daha əvvəl bildirmişdi ki, məhkəmə orqanlarına İslam Respublikasının “düşmənin tərəfdarları və əməkdaşları” adlandırdığı şəxslərin əmlakını müəyyən etmək, müsadirə etmək və bəzi hallarda dövlət nəfinə keçirmək tapşırılıb.

Tənqidçilər isə bu siyasətin müxaliflərə, media fəallarına və xaricdə yaşayan siyasi fiqurlara qarşı təzyiq vasitəsi olduğunu bildirirlər.

Həmçinin yoxlayın

Siyamək Mirzai girov müqabilində Ərdəbil həbsxanasından azadlığa buraxılıb

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov …

Tehranın şimal-şərqində İranın nüvə silahları proqramı ilə əlaqələndirilən “Minzadehi” kompleksində yeni tikinti işləri aşkarlanıb

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 2026-cı il oktyabrın 10-da, şənbə günü, Tehranın şimal-şərqində yerləşən …