Cümə axşamı , Mart 23 2023
azfa

Çin türkləri əritmək üçün müsəlman simvollarına qadağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin türkləri assimliyasiyaya uğradıb məhv etmək məqsədilə müsəlman əhalisi arasında “çinliləşdirmə” planının bir hissəsi olaraq paytaxtdakı halal restoranları, ərzaq mağazalarının üzərindəki ərəb yazılarının və müsəlman simvollarının çıxarılmasına göstəriş verib.

Reuters xəbər agentliyinin əməkdaşlarının olduğu 11 halal restoranı və ərzaq mağazalarının işçilərinin onlardan “halal” sözü kimi ərəb sözləri və aypara kimi İslam simvolları olan çıxarılmasının tələb olunduğunu bildirib.

Müxtəlif idarələrdən olan hökumət işçiləri Pekindəki bir ərəb restoranına gələrək, sahibindən restoranın üzərindəki “halal” sözü yazılan lövhəni çıxarmasını tələb etmiş və lövhə çıxarılanadək durub gözləmişlər.

“Onlar mənə “bu, xarici mədəniyyətdir və sən Çin mədəniyyətindən istifadə etməlisən” dedilər” deyən restoran sahibi də digər işçilər kimi Reuters xəbər agentliyinə məsələnin çox həssas olduğu üçün adının çəkilməsini istəməyib.

Ərəb yazıları və İslam simvollarına qarşı aparılan kampaniya müxtəlif dinlərın Çin mədəniyyətinə uyğun olmasını təmin etmək məqsədi ilə 2016-cı ildən başlayıb və hazırda daha da genişlənib.

Bu kampaniyaya ölkə boyu Yaxın Şərq üslublu qübbələrin məscidlərdən çıxarılması da daxil idi.

20 milyon müsəlmanın yaşadığı Çində rəsmi olaraq din azadlığına zəmanət verilir. Lakin Kommunist Partiyası bunun ideologiyasına uyğun şəkildə tətbiqinə çalışır.

Hədəf təkcə ölkənin müsəlman əhalisi deyil. Hökumət bir çox gizli xristian kilsəsini bağlayıb və hökumət tərəfindən qanunsuz hesab edilən bəzi kilsələrindən xaçlar çıxarılıb.

​Lakin 2009-cu ildən bəri diqqət ölkənin han çinlilərin çoxluq təşkil etdiyi qərb bölgəsindəki Sincan vilayətindəki uyqur müsəlmanlara nəzarət daha çox artıb.

Bölgədə etnik zəmində zorakılıqlar baş qaldırıb. Hökumətin təqiblərindən hiddələnən bəzi uyqurlar polis və hökumət işçiləri də olmaqla, bıçaq və partlayıcı qurğulardan istifadə edərək ictimai yerlərdə hücumlar həyata keçirməyə başlayıb. Buna cavab olaraq isə Çin hökuməti Sincanda terrorçulara qarşı mübarizə apardığını elan edib.

​Hazırda Çin kütləvi həbslər, uyğur və digər müsəlmanların nəzarət altında saxlamasına görə Qərb dövlətləri və insn haqları müdafiəçilərinin tənqidləri ilə üzləşib.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın