Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Çin uyğur türklərinin bir millət kimi məhv edilməsi üçün 380 düşərgə qurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin Şərqi Türküstanda 2017-ci ildən bəri müsəlman uyğur türklərinin assimilyasiya edilməsi üçün onların həbsdə saxlanıldığı 380 ədəddən artıq faşistsayağı düşərgə və mərkəz qurulduğu bildirilir.

Bu barədə məlumat Avstraliya Strateji Siyasət İnstitutunun “Səncan Məlumat Layihəsi” çərçivəsində yaydığı hesabatda verilib.

Hesabatda şahidlərin ifadələri, jurnalistlərin və tədqiqatçıların faktları və yerli hakimiyyətin rəsmi inşaat tədarük elanlarına əsaslanan dəlillər, peyk fotoşəkilləri əsasında aparılan araşdırmalar əks etdirilib. Nəticədə 380-dən artıq bina və müəssisənin yeri aşkara çıxarılıb. 2 il əvvəl sayı 100 ədəd olan düşərgələrin peyk fotoları onların sürətlə çoxaldığını göstərib. Hesabatda 14 ədəd həbsxananın inşa edilməkdə olduğu da qeyd edilib.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın