Şənbə , May 30 2026
azfa

Çinin Şərqi Türküstanda uyğur türklərinə qarşı yeni zülm faktları açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin 1 milyonadək uyğuru ölkənin qərb hissəsində yaratdığı xüsusi qapalı rejimli düşərgədə həbs edib.

“Spiegel”in yazdığına görə,”Nyu-York Tayms” qəzeti Çinin uyğurlara qarşı tədbiq etdiyi zülmlə bağlı gizli sənədlər dərc edib.

Hökumətdə çalışan rəsmilərdən birinin 403 səhifədən ibarət faktlarla dolu hesabatı mediyaya ötürməsi Çin hökumətinin uyğurlara qarşı tədbiq etdiyi qeyri-insani faktları üzə çıxardıb.

Uyğur müsəlmanlar Çinin ən böyük azlıqları sayılmaqdadır. Məlumata görə, 1 milyona qədər uyğur Çinin qərb hissəsində həbs düşərgəsində heç bir əsası olmadan nəzarətdə saxlanılmaqdadır. O da vurğulanır ki, saysız-hesabsız uyğur uşaqlar valideynlərinin əlindən alınıb.

“Neçə illərdir ki, Çin hökuməti Şərqi Türküstan – Uyğur Muxtar rayonu üzərində çox ciddi nəzarət formalaşdırıb. İnsan haqları mövzusunda dünya ictimaiyyətinin təzyiqini önləmək üçün çinli diplomatlar müxtəlif yollara əl atırlar”, deyə məşhur “Spiegel” nəşri yazır.

Qeyd edək ki, Sintzyan-Uyğur Muxtar rayonu (Şərqi Türküstan) Pakistan, Əfqanıstan və Tacikistan ilə sərhəd bölgədə yerləşir.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın