Bazar , Oktyabr 25 2026
azfa

Çinin Şərqi Türküstanda uyğurlar türklərinə qarşı zülmü Trampı da hərəkətə gətirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin Şərqi Türküstanda uyğurlar türklərinə qarşı zülmü Trampı da hərəkətə gətirdi.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Şərqi Türküstanda insan hüquqlarının pozulması ilə bağlı Çinə qarşı sanksiyalar tətbiq edilməsi imkanlarını nəzərdən keçirir. “The New York Times” bu barədə məlumat yayıb.

ABŞ Prezidenti Administrasiyası hesab edir ki, Çin hökuməti ölkədə müsəlman türk azlıqları hüquqlarını sistematik şəkildə pozur. Qəzetin yazdığına görə, rayon ərazisində müsəlmanların “yenidən tərbiyələndirilməsi” üçün xüsusi düşərgələr təşkil edilib.

Qəzetdə vurğulanır ki, ABŞ insan hüquqlarının pozulmasına görə Çinə qarşı heç vaxt sanksiyalar tətbiq etməyib, lakin indi bu məsələ Ağ evdə, Maliyyə Nazirliyində və Dövlət Departamentində müzakirə olunur. Məlumata əsasən, “cəza” tədbiri kimi Çin hökumətinin uyğur türklərini izləmək üçün istifadə etdiyi ABŞ-ın nəzarət texnologiyalarının Çinə təchizatını məhdudlaşdırmaq təklif olunur.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın