Şənbə , Aprel 18 2026
azfa

CNN: İran ABŞ-ın hərbi bazalarına raket hücumunu bu ölkə ilə razılaşdırmışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, CNN kanalı xəbər verib ki, İran ABŞ-ın hərbi bazalarına hucumdan əvvəl ən azı üç kanal vasitəsilə ABŞ-la hücumu razılaşdırıb və ABŞ-ı arxayın edib ki, yalnız bir qisas hücumu həyata keçirəcək.

Televiziya kanalı daha sonra bildirib ki, ABŞ razılaşdırılmış həmin iki hərbi bazasında raket hücumunu əvvəlcədən nəzarətdə saxlayıb.

ABŞ tərəfi bildirmişdir ki, əgər bu ölkənin əsgəri həmin hücumda ölsə ABŞ qisas alacaq.

Lakin ABŞ prezidenti İranın zərərsiz raket hücumu keçirdiyini nəzərə alaraq, yalnız sanksiyalarla qarşı tərəfi hədələdi.

İranla ABŞ arasında bu teatr oyunu isə sadə insanlara baha başa gəlib. Sepahın raketlərindən biri Tehrandan Ukraynaya uçan sərneşinə təyyarəsini partladıb və nəticədə 147-i İran vətəndaşı olmaqla 180-a yaxən sərnişin öldürülüb.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın