Çökməkdə olan irqçi fars rejimin rəhbəri: “Heç kəs heç bir qələt edə bilməz”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, çökməkdə olan irqçi fars rejimin rəhbəri Əli Xamneyi avqustun 8-də bir qrup xaricdə yaşayan tərəfdarları ilə görüşüb. Hökumət yönümlü həmin şəxslərdən biri islam respublikasının gələcəyindən və ölkədə baş verən son olaylardan ciddi nigaran qaldıqlarını bildirərək, Xamneyidən buna münasibət bildirməsini xahiş edib.

Xamneyi isə bu yanaşmaya münasibət bildirərək deyib ki, heç kəs rejimin sabahından nigaran qalmamalıdır: “Ölkə sərhədlərindən kənarda yaşayan və fəaliyyət aparan inqilab tərəfdarları bizim hazırkı şərait və durumumuzdan narahat olmamalıdır. Onlar əmin olsunlar ki, heç kəs heç bir qələt edə bilməz. Bunda heç bir şübhəniz olmasın və bunu hamıya deyin”.

İrqçi və işğalçı rejimin saytlarının yaydığı bu məlumatda Xamneyi ilə görüşən şəxslərin kimliyi və adları açıqlanmayıb.

Qeyd edək ki, irqçi rejimə qarşı sanskiyalar və iqtisadiyyatın çöküşü, eləcə də əhalinin əksərinin narrazılığı rejimin çökəcəyinə hamıda ümid yaradıb. Lakin Xamneyi bütün diktatorlar kimi, son nəfəsinə qədər əhaliyə zülüm verəcəyi müşahidə edilir.

 

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın