Ağasiyev İkram Kərim oğlu.
1897-ci ilin siyahıya almasına görə Dərbənddə 66,7% təşkil edən azərbaycanlı əhalinin XX əsrdə faiz etibarı ilə sayının kəskin azalması prosesi baş vermişdir. Xüsusən XX əsrin ortalarına azərbaycanlılar Dərbənddə say etibarı ilə nəinki dominantlığı itirmiş, hətta sayca ruslardan, yəhudilərdən də geri düşmüşdür.
Qeyd etmək lazımdır ki, 100 il (1796-1897) ərzində Dərbənd şəhərinin əhalisinin sayında müşahidə olunan cüzi artım (təqribən 5 min.nəfər – İ.A.), əsasən gəlmə əhali hesabına əldə edilmişdir(ARDTA, f.24, siyahı 1, iş.21, v.44; Е.И.Козубский. История города Дербента. 1906. 468 с. c 26 рисунками. Темур-Хан-Шура «Русская типография» В.М.Сорокина 1906, s.455.).
Tədqiqatçılar da qeyd edirlər ki, Dərbənd şəhərinin təbii artım faizi çox aşağı olmuşdur və bu meyl XX əsrin əvvəllərində də qalmaqda idi. O dövrdə kişilərə 17 –yaşdan, qızlara isə 15 yaşdan nikaha girməyə icazə verilirdi (Козубский Е.И.История города Дербента…. s.455).Dərbənd əhalisinin təbii artımı məsələsinə toxunan Kozubski yazır ki, Dərbəndə subay oğlanların sayı qızların sayından təqribən 2 dəfə çox olmuşdur. Bu səbəbdən 1901 ci ildə -311, 1902-239, 1903-309, 1904-278, 1905-275- nikah qeydə alınmışdır. Doğum səviyyəsi də aşağı idi. Belə ki, 1900-cu ildə 494, 1901-686, 1902-653, 1903-687, 1904-683, 1905-687 nəfər doğulmuşdur.Müvafiq olaraq ölənlərin sayını çıxsaq, 1896-cı ildə təbii artım +42, 1897 +71, 1898—205, 1899+77, 1900-+235, 1905-+116 nəfər olmuşdur. Kozubskinin yazdığına görə XX əsrin əvvəllərində dul qadınların sayı dul kişilərin sayından 12 dəfə çox olmuşdur(Козубский Е.И.История города Дербента…. s.455).
Bağlanan nikahların dinamikasına baxsaq görərik ki, 1905-ci ildə əhalinin sayının artımında gəlmə əhali əhəmiyyətli rol oynamışdır. Çar hökumətinin köçürmə siyasəti nəticəsində Dərbənddə əhəmiyyətli sayda ruslar, maloruslar (ukraynalılar), belaruslar, litvalılar, polşalılar, ermənilər məskunlaşdırıldılar.
Dərbənd şəhərinin tarixinin tədqiqatçısı Kozubski hələ 1906-cı ildə kəndlilərin, xüsusən, Dərbənd ətrafındakı əhalinin şəhərə meyl göstərməməsini və bu halın səbəbini açıqlayaraq yazırdı ki, “xüsusən də ətraf bölgələrdə yaşayan müsəlman – ləzgi əhalisi ümumiyyətlə Dərbəndə köçməyə maraq göstərmirlər.. çünki iqlim şəraiti onları qane etmir” (Козубский Е.И.История города Дербента…. s.455).
Eyni sözləri o, həmçinin Dağıstanın başqa dairələrində yaşayan dağ yəhudilərinə də aid etmişdir. Müəllif Rusiyanın ayrı-ayrı şəhərlərindən rus-xristian əhalinin Dərbəndə köçməsini qeyd edir.
XX ərin əvvəllərində çar Rusiyasının sosial-iqtisadi həyatında baş verən proseslərlə bağlı Dərbənd şəhərinin əhalisinin etnik tərkibində bir sıra mühüm dəyişikliklər baş verdi.idi. İlk növbədə qeyd etmək lazımdlr ki, XX əsrin əvvəllərində Dərbənd şəhərinin əhalisinin say dinamikasına əhalinin etnik və konfessional tərkibindəki dəyişikliklərə kənd əhalisinin şəhərə, o cümlədən, Dərbəndə axını əsas təsir göstərən amil olmuşdur.
1906-cı ilin noyabrında Rusiyanın Nazirlər Şurasının sədri, A.P.Stolıpinin imzaladığı “Torpaq haqqında Dekret”dən sonra kənd təsərrüfatında kapitalist münasibətləri sürətlə inkişaf etməyə başladı. Təsərrüfatını kapitalizm şəraitində inkişaf etdirə bilməyənlər torpaqlarını satır, iş dalınca şəhərə yollanırdılar. Nəticədə, qonşu ləzgi kəndlərindən də əhali Dərbənddə məskunlaşmağa başladı.
XX əsrin əvvəllərində kənd təsərrüfatı ilə yanaşı sənayenin, xüsusən də, nəqliyyatın inkişafında böyük canlanma vardı. Yeni şosselər salınır, dəmir yolu xətləri çəkilirdi.Vladiqafqaz-Bakı dəmir yolunun (1300 km uzunluğunda) çəkilişi Qafqaz regionunun inkişafı üçün əhəmiyyət kəsb etsə də, əhalinin, o cümlədən, bu vacib dəmiryolu xəttinin üstündə yerləşən Dərbənd şəhərinin əhalisinin etnik tərkibinin dəyişməsinə təsirsiz ötüşmədi. 1898-ci ildə Dərbənddə dəmiryolu işə salındı. Belə ki, dəmiryolu xəttinə xidmət edə biləcək ixtisaslı kadrlar Qafqazda yetərincə deyildi və bu səbəbdən Rusiya imperiyasının velikoros quberniyalarından dəmiryol işçiləri ailələri ilə birlikdə Vladiqafqazda, Mozdokda, Dərbənddə və Bakıda yerləşdirildilər.
Kənd əhalisin şəhərə axını yalnız torpaqsızlıqla bağlı deyildi. Sənayenin inkişafı, xüsusən yerli emal müəssisələrinin yaranması kənd əhalisinin şəhərə köçmasinə təsir edən amillərdən idi. Yerli kəndlilər öz məhsullarını şəhər bazarlarına çıxarır, bəziləri burada ilkin emal müəssisələri də yaradırdılar.
Şəhər əhalisinin artımına otxodnicestvo hərəkatı cox təsir göstərdi.Dağıstanda otxodniçestvo daha çox yayılmışdı, çünki Dağıstanda əkinə yararlı torpaqlar çox az idi. Məsələn, 1892-ci ildə 39,9 min, 1899-cu ildə 59,1 min, 1914-cü ildə 83,3 min kəndli şəhərə çörək dalınca getmişdir (Изаксон Г., А.Назаревич.Дагестан, факты и цифры.Махачкала, 1920, с.113).
Mənbələrdən göründüyü kimi, XX əsrin əvvəllərində Dərbənd şəhərinin əhalisi 1897-ci illə müqayisədə 2 dəfədən artıq artmışdır – əgər 1897-ci ilin əhalinin siyahıya alınmasına görə Dərbənddə 14649 nəfər olduğu halda (Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т.Т.51-89. С.-Петербург: 1903-1905)., 1913-cü ildə bu rəqəm 33,6 minə çatmışdır. Dərbənddə də əhalinin əhəmiyyətli hissəsini şəhərə çörək dalınca gələnlər təşkil edirdilər.Sonralar I Dünya Müharibəsi və Vətəndaş müahribəsi illərində aclıqdan əziyyət çəkən əhalinin bir qismi Bakıya, Maxaçqalaya, Qroznıya və sair .əhərlərə köçmüşdür ki, bu da əhalinin sayının azalmasına gətirmişdir.
Birinci Dünya müharibəsinin başlanması ilə Dərbənd şəhərinin əhalisin sayında azalma meylləri başladı. Şəhərdə yerləşdirilən hərbi hissələrinin döyüş bölgələrinə göndərilməsi, şəhərdə yaşayan müsəlman olmayan əhalinin hərbi xidmətə çağırılması, aclıq, epidemiyalar və s. amillər nəticəsində şəhər əhalisinin sayı azalmamağa başladı.
1917-ci ilin Oktyabr çevrilişindən sonra Rusiya imperiyasında baş verən siyasi hadisələr – vətəndaş müharibəsi, xarici hərbi qüvvələrin müdaxiləsi və s. həmçinin əhalilnin Dərbəndi tərk edərək ətraf bölgələrdə məsknlaşmağa vadar etdi. 1920-ci ilin aprelində XI Qızıl Ordunun Dəbəndə daxil olması və burada sovet hakimiyyətinin elan olunması da şəhərin varlı təbəqəsinin — yerli burjuaziyanın, torpaq sahiblərinin, xan və bəy nəslindən olanların, ali ruhanilərin və sadəcə olaraq Sovet hakimiyyətini qəbul etmək istəməyənlərin xaricə, xüsusən də, İrana və Türkiyəyə mühacirət etməsinə səbəb oldu.
Sovet hakimiyyətinin ilk illərində, “Ərzaq sapalağı” dövründə aclıqdan, xəstəlikdən ölənlərin sayı artdı, 1920-1922-ci illərdə baş verən aclıq minlərlə dərbəndlinin məhvinə səbəb oldu.
1920-ci illərin ortalarında, xalq təsərrüfatının bərpasından sonra Dərbəndin əhalisinin sayı yenə artmağa başlamışdır.Ölkədə baş verən siyasi proseslər respublikaların əhalisinin artım dinamikasına və əhalinin etnik mənzərəsinin rəngarəngliyinə əhəmiyyətli təsir göstərdi və biz bunu 1926-cı ilin Ümumittifaq əhalinin siyahıya alınmasında daha qabarıq görə bilərik(Всесоюзная перепись населения 1926 года. М.: Издание ЦУЦ Союза СССР 1928-1928. Т.9, стр.34-51. Т.10, с.9-13, т. 11, с8-17, т.14, с.6-16; т.15,с.8-13; т.16, с. 8-12; т.17, с.8-25; таблица VI население по полу, народности).
Cədvəl 1-dən göründüyü kimi, 1926-cı ilin siyahıya alınmasına görə 1921-ci ildə yaradılan və ərazisi 58156 km təşkil edən Dağıstan MSSR-da ümumən 788 098 nəfər əhali qeydə alınmışdır. Onların 85034 nəfəri və yaxud 10,8 faizi şəhərdə, 703064 nəfəri və yaxud 89,2 faizi kənd yerlərində yaşayırdı. (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).
Cədvəl 1. 1926-cı ilin Ümumittfaq əhalinin siyahıya alınmasına görə Dağıstan MSSR-in əhalisinin etnik tərkibi.
Milliyəti | Sayı | ||
Ümumi sayı | Şəhər əhalisi | Kənd əhalisi | |
Ruslar | 98197 | 33077 | 65120 |
Ukraynalı | 4126 | 2350 | 1776 |
Beloruslar | 178 | 164 | 14 |
Polyaklar | 460 | 415 | 45 |
Çex və slovaklar | 20 | 18 | 2 |
Serblər | 1 | 0 | 1 |
Bolqarlar | 44 | 23 | 21 |
Latışlar | 73 | 63 | 10 |
Litvalılar | 69 | 62 | 7 |
Almanlar | 2551 | 710 | 1841 |
İsveçlilər | 1 | 1 | 0 |
Hollandlar | 13 | 13 | 0 |
Fransızlar | 10 | 10 | 0 |
Rumınlar | 58 | 29 | 29 |
Moldovamlar | 491 | 94 | 394 |
Yunanlar | 82 | 74 | 8 |
Yəhudilər | 3030 | 2649 | 381 |
Dağ yəhudiləri | 11592 | 9766 | 1826 |
Mərkəzi Asiyalılar | 1 | 1 | 0 |
Finlər | 9 | 9 | 0 |
Estlər | 33 | 28 | 5 |
Marilər | 3 | 2 | 1 |
Mordva | 81 | 42 | 29 |
Macar | 3 | 3 | 0 |
Çuvaş | 34 | 27 | 7 |
Tatar | 2447 | 1139 | 1608 |
Başkir | 10 | 5 | 5 |
Noqay | 26086 | 36 | 26050 |
Qaraçı | 195 | 16 | 179 |
Kalmık | 108 | 1 | 107 |
Sart-kalmık | 2 | 2 | 0 |
Buxaralı | 1 | 0 | 1 |
Çinli | 1 | 1 | 0 |
Gürcü | 876 | 367 | 509 |
Acarlar | 4 | 4 | 8 |
Çərkəz | 18 | 10 | 8 |
Kabardin | 30 | 20 | 10 |
Çeçen | 21851 | 705 | 21146 |
İnquş | 12 | 3 | 9 |
Ləzgi | 90509 | 2108 | 88401 |
Tabasaran | 31915 | 34 | 31881 |
Aqullar | 7653 | 0 | 7653 |
Arçinlər | 854 | 0 | 854 |
Rutullar | 10333 | 0 | 10333 |
Tsaxurlar | 3531 | 0 | 3531 |
Darginlər | 108926 | 891 | 108035 |
Kubaçılar | 2357 | 44 | 2313 |
Laklar | 39878 | 1127 | 38751 |
Avarlar | 138749 | 2013 | 136736 |
Andilər | 7681 | 86 | 7595 |
Botlixlilər | 3354 | 0 | 3354 |
Qodoberinli | 1425 | 0 | 1425 |
Qarataylar | 5305 | 0 | 5305 |
Axvaxlar | 3677 | 27 | 3650 |
Baqulallar | 3054 | 0 | 3054 |
Çamalalı | 3438 | 0 | 3438 |
Tindilər | 3812 | 0 | 3812 |
Didoylar | 3276 | 0 | 3276 |
Xvarşinlər | 1019 | 0 | 1019 |
Kopuçinlər | 1447 | 0 | 1447 |
Xunzallar | 98 | 0 | 98 |
Ermənilər | 5923 | 4887 | 1036 |
Ərəblər | 1 | 1 | 0 |
Aysorlar | 3 | 2 | 1 |
Qaytaklar | 14424 | 2 | 14422 |
Osetinlər | 536 | 114 | 422 |
Kürdlər | 61 | 47 | 14 |
Tatlar | 204 | 0 | 204 |
Farslar | 3448 | 2837 | 611 |
Kumıklar | 87960 | 6544 | 81416 |
Balkarlar | 7 | 7 | 0 |
Türklər | 23428 | 8129 | 15299 |
Osmanlı türkləri | 260 | 26 | 234 |
Türkmənlər | 1459 | 6 | 1453 |
Qırğızlar | 7 | 7 | 0 |
Başqa xalqlar | 127 | 54 | 73 |
Tavlinlər | 636 | 365 | 271 |
Başqaları | 169 | 61 | 108 |
Cəmi: SSRİ vətəndaşları | 784047 | 81360 | 702687 |
Xaricilər | 4051 | 3674 | 377 |
Bundan savayı Dağıstanda qeydiyyatda olub başqa respublikalara iş dalınca gedənlər 33697 nəfər təşkil etmişdilər ki, onların da sayı ümumi saya düşməyib (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).
Siyahıya alınma 1926-cı ilin yanvar ayında aparılmış və siyahıyaalma ilə bağlı yaradılan komissiyanın öz qənaətinə görə, müəyyən dağ aullarına getmək mümkün olmadığından bəzi yaşayış məntəqələribu prosesdən kənarda qalmış və yaxud onlarınəhalisinin sayı təqribi qeydə alınmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, 1926-cı ildə Dağıstan MSSR- Dağıstan MSSR – Dağıstan MSSR-nin əhalisi göstərilən son nəticədən bir qədər artıq olmuşdur. 1926-cı ildə Dağıstanda 75 xalqın, etnik qrupun sayı qeydə alınmışdır ki, onlardan da ən coxsaylı avarlar, darginlər, ləzgilər, kumiklar, ruslar olmuşdur. Adı çəkilən xalqların hər birinin sayı 80 mindən artıq olmuşdur. Laklar (39,8 min) tabasaranlar (31,9 min) noqaylar (26, 86 min) da əhəmiyyətli çəkiyə malik idi.
1926-cı ildə Dağıstan MSR-də 23428 türk (azərbaycanlı-İ.A) yaşayırdı.(Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).
Cədvəl 2 – dən göründüyü kimi, 1926-cı ildə Dərbənd, mərkəz Maxaçqaladan sonra Dağıstanın ikinci ən çox əhalisi olan şəhəri idi. Azərbaycanlılar 1926-cı il siyahıyaalınmasında “türk” adı ilə göstərilmişlər və onlar Dağıstan MSSR-nin sayca 9-cu xalqı idi idi. Ümumi sayı 23428 nəfər olmuşdur. Dağıstanda yaşayan Azərbaycanlı əhalinin böyük hissəsi Dərbənd dairəsi və Dərbənd şəhərində yaşayırdılar.
Cədvəl 2. 1926-cı ilin Ümumittfaq əhalinin siyahıya alınmasına görə Dağıstan MSSR –nın şəhər əhalisinin sayı (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XII).
.
Şəhərlər | kişi | qadın | Ümumi sayı |
Maxaçkala | 16580 | 15420 | 32000 |
Dərbənd | 11617 | 11480 | 23097 |
Buynaks | 6133 | 4790 | 10923 |
Kizlyar | 4625 | 4901 | 9526 |
Xasavyurt | 3571 | 3317 | 6888 |
Pyotr-Qafqazskiy | 782 | 770 | 1552 |
Daqoqni | 724 | 324 | 1048 |
Cəmi: | 44032 | 41002 | 85034 |
1926-cı ildə Dağıstan MSSR 14 dairədən ibarət idi və onlardan biri də Dərbəd dairəsi idi. Bu dairə Dağıstan ərazisinin cəmi 2%-ni təşkil edirdi (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX), əhalisinin sayına görə çox önəmli dairələr sırasına daxil idi.1926-cı ildə Dərbənd dairəsində 1 şəhər, 2 şəhər tipli qəsəbə, 30 kənd, 10 xutor, 1 qəsəbə, 5 kazarma, 7 dəmiryolu stansiyası, 3 budka, 2 kolxoz, 15 balıqçı məntəqəsi, 4 kiçik qəsəbə qeydə alınmışdı (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c. XVIII).
Dairənin əhalisinin ümumi sayı 44624 nəfər olmuşdur ki, bu da Dağıstan əhalisinin 5,6% -i demək idi. Dərbənd dairəsində yaşayan əhalinin 20479 nəfəri kənddə, 24145 nəfəri isə şəhərdə – yəni Dərbənd şəhərində yaşayırdı (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c. XIX- XX). Ümumiyyətlə, Dağıstan MSSR-in əhalisinin 10,8%, yəni 85034 nəfəri şəhərdə, qalanları kənddə yaşayırdılar. Beləliklə, Dağıstanın şəhər əhalisinin 28,4 faizi təkcə Dərbənddə cəmləşmişdi. 1926-cı ildə Dərbənd dairəsinin əhalisi 20479 nəfər qeydə alınıb. Apardığımız hesablamalar göstərdi ki, azərbaycanlılar Dərbənd dairəsində 14496 nəfər təşkil etmişdir ki, bu da ümumi əhalinin 77%-i demək idi.
Cədvəl 3. 1926-cı ilin Ümumittfaq əhalinin siyahıya alınmasına görə Dərbənd şəhərinin əhalisinin etnik tərkibi (Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).
.
Milliyəti | kişi | qadın | Ümumi sayı |
Türklər | 3842 | 3989 | 7831 |
Dağ yəhudiləri | 3152 | 3445 | 6597 |
ruslar | 2730 | 2769 | 5499 |
Ləzğilər | 502 | 366 | 868 |
Ermənilər | 424 | 388 | 812 |
farslar | 263 | 169 | 432 |
Başqaları, o cümlədən dağıstanlılar | 704
196 |
354
77 |
1058
273 |
Ümumilikdə: | 11617 | 11480 | 23097 |
1926-cı ilin əhalinin siyahıya alınmasında biz Dərbənd şəhərində 23097 nəfər əhalinin yaşadığını görürük (bax. Cədvəl 3). Beləliklə, 1913-cü illə müqayisədə 1926-cı ildə Dərbənd əhalisi 10,5 min nəfər azalmışdır.Əhalinin etnik tərkibinə gəldikdə yenə Azərbaycan türklərinin ən çoxsaylı etnik toplum olduğunu görürük—7831 nəfər. Azərbaycanlılardan sonra dağ yəhudiləri (6597) və ruslar (5499) gəlirlər.Yerdə qalanları ləzgilər (868), ermənilər (812), və 1058 nəfər müxtəlif millətlərin nümayəndələri təşkil edirlər.(Материалы Всесоюзной переписи населения 1926 года по Дагестану.Выпуск 1.Список нaселенных мест Дагестанской АССР.Издание Дагстатуправления, г.Махач-кала,1927, c.XX).
1897-ci ildə Dərbənd şəhərinin əhalisinin ümumi payında 66,7 faiz təşkil edən azərbaycanlılar artıq 1926-cı ildə şəhər əhalisinin təqribən 34 faizini təşkil edirdilər. əgər 1897-ci ilin məlumatları ilə 1926-ilin göstəricilərini müqayisə etsək rusların, ermənilərin və dağ yəhudilərinin sayının artdığını müşahidə edərik. Belə ki, ermənilərin sayı 191 nəfər, dağ yəhudilərinin sayı 4564 nəfər və rusların sayı 4407 nəfər artmışdır. Vətəndaş müharibəsi illərində Dağıstanın bir çox yerlərində yaşayan dağ yəhudiləri Dərbəndə köçdülər. Belə ki, 1926-cı ildə Dərbənddə 6600, 1939-cu ildə—6200, 1959-cu ildə isə—11800 dağ yəhudisi qeydə alınmışdı.
Azərbaycanlıların sayı isə 9767 nəfərdən 7831 nəfərə enmiş, yəni 1936 nəfər azalmışdır. Əgər mənbələri təhlil etsək bu halın yaranmasının həm obyektiv, həm də subyektiv səbəblərlə bağlılığını görərik. Təbii ki, çar Rusiyası tərəfindən işğal edildikdən sonra(1806) Dərbənd şəhəri, strateji məntəqə kimi çar hökümətinin daim diqqətində olmuşdur və şəhərdə çarizmə sadiq olan etnik-konfessional dayağın formalaşdırılmasına xüsusi diqqət yetirilirdi. Bunun nəticəsi idi ki, zaman-zaman şəhər əhalisinin etnik tərkibində slavyan-xristian elementinin çəkisi artmaqda davam edirdi. Dağıstanda yaşayan yerli xalqların (ləzgilərin, kumıkların və s.) şəhərdə məskunlaşması isə obyektiv iqtisadi proseslərin nəticəsi idi. Bir fakta da toxunmağa ehtiyac var. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlıların milli identikliyini bərpa etdi və xalqa öz tarixi adı— türk adı qaytarıldı və 1926-cı ilin əhalinin siyahıya alınmasında azərbaycanlılar məhz “türk” adı altında göstərilmişdir. Milli identiklikdə baş verən dəyişikliklər, “tatar”, “adderbaycantsı”,”Qafqaz tatarları” və s. kimi adların istifadədən çıxaraq “türk” adı ilə əvəz olunması Dərbəndin türkdilli əhalisi arasında müəyyən çaşqınlığa və milli mənsubiyyətini tam dərk etməyənlərin səhvən öz etnik mənsubiyyətini “fars”, “dağ yəhudisi”, “tat”, “tatar” kimi göstərməsinə səbəb olmuşdur. Ümumiyyətlə götürdükdə, XX əvvəllərində baş verən proseslər-iqtisadi yüksəliş, urbanizasiya proseslərinin güclənməsi, siyasi kataklizmlər Dərbənd şəhərinin əhalisinin etnik tərkibində elə dəyişikliklərə gətirdi ki, bu şəhərdə azərbaycanlıların etnik dominantlığına son qoyuldu və sonrakı illərdə bu dominantlığı bərpa etmək mümkün olmadı. Biz bunu SSRİ dövründə keçirilən növbəti – 1939-cu ilin əhalinin siyahıya alınmasının nəticələrində də görürük. 1939-cu ilin siyahıya alınmasına görə Dağıstan MSSR- da 930416 nəfər əhali yaşayırdı ki, azərbaycanlılar 31141 nəfər təşkil edirdilər(http://demoscope.ru/weekly/ssp/rus_nac_39.php?reg=63. Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, ед.хр. 966-1001 (Разработочная таблица ф. 15А. Национальный состав населения по СССР, республикам, областям, районам).
1926-cı illə müqayisədə əhalinin sayı Dərbənddə 11 min artmışdır. Tarixində ilk dəfə olaraq 1939-cu ildə Dərbənd şəhərinin ən çoxsaylı etnosu kimi gəlmə ruslar qeydə alınmışdır. Belə ki, onların sayı artıq 11,2 min təşkil edirdi ki, bu da şəhər əhalisinin 32,9 faizi demək idi(Ибрагимов М-Р. Динамика численности и этнического состава Дербента в XIX веке./ AMEA-nın Tarix İnstitutu. Elmi əsərlər,Xüsusi buraxılış, 2012/40,s.352-353).
Müqayisə üçün qeyd edək ki, 1897-ci ildə Dərbənddə təqribən 7 faiz təşkil edən rusların sayı 42 il ərzində 4,5 dəfədən də çox artmışdır. Dərbənddə rusların sayının sürətli artımının yalnız təbii artımla deyil, həm rus əhalisinin bura köçməsi, həm də başqa xalqların (belorusların, ukraynalıların, polyakların, avropalı yəhudilərin) ruslaşması ilə izah etmək olar.
Azərbaycanlılar 1939-cu ildə Dərbənd əhalisinin 25,5 faizini təşkil edirdilər və bu o demək idi ki, onların sayı 8,7 min təşkil edirdi. Ruslar və azərbaycanlılardan sonra Dərbənddə ən çoxsaylı etnik qrup dağ yəhudiləri (6,2 min) olmuşdur.1926-cı illə müqayisədə (6,6 min) onların sayında azalma müşahidə olunsa da, onlar yenə də əhəmiyyətli pay təşkil edirdilər.1933-cü ildə Dərbənd ətrafında 30 kolxoz yaradılmışdı və burada tat-yəhudilər çalışırdılar. 1935-ci ildə Dərbənddə 2 orta məktəb, yəhudi pedoqoji texnikumu, xalçaçılıq texnikumunun yəhudi filialı, yəhudi klubları fəaliyyət göstarirdi.Sonralar,1948-ci ildə yəhudi məktəbləri bağlandı, tat-yəhudi dillərində dərslər qadağan edildi.
1930-cu illərdə Dərbənd şəhərinə ətraf kəndlərdən ləzgilərin köçü bir qədər sürətləndi ki, nəticədə 1939-cu ildə onların sayı Dərbənddə 1700 nəfərə çatdı ki, bu da 1897-ci illə müqayisədə(131 nəfər) 13 dəfə artım demək idi (Ибрагимов М-Р. Динамика численности и этнического состава Дербента в XIX веке./ AMEA-nın Tarix İnstitutu. Elmi əsərlər,Xüsusi buraxılış, 2012/40,s.352-353).
1940-cı illərdə Dərbənd əhalisinin tərkibində kumıkların sayı sürətlə artdı və onlar şəhər əhalisinin 21,7% təşkil edirdilər (Статистико-экономический справочник по Дагестанской АССР, Ростов-на- Дону, 1933, стр. 204—205). Səbəb nə idi? Bəlkə də müharibənin kumıkların yaşadığı ərazilərə yaxınlaşması, onların cənuba – Dərbəndə miqrasiya etməsi.
İkinci Dünya Müharibəsindən sonra Dərbənd əhalisinin sayı sürətlə artdı və 1915-ci ilin səviyyəsini 23 min ötüb keçdi. 1959-cu ildə şəhərdə artıq 56,0 min əhali yaşayırdı. Əhalinin milli tərkibində də mühüm dəyişikliklər baş verdi. Şəhərin əsas əhalisini ruslar təşkil edirdilər-26,1%. Ruslardan sonra azərbaycanlılar-25,3%, dağ yəhudiləri-21,1%, ləzgilər-11,6 %, yerdə qalan millətlərin nümayəndələri-12,9 % təşkil edirdilər (Ибрагимов М-Р. Динамика численности и этнического состава Дербента в XX в… s.352-353).
1959-cu ilin əhalinin siyahıyaalınmasında artıq Dağıstan MSSR əhalisinin 1062472 nəfərə çatdığını və azərbaycanlıların 38224 nəfər təşkil etdiyini görürük (Волкова Н.Г.Изменения в национальном составе городского населения Северного Кавказа…c.48.//http://journal.iea.ras.ru /archive/1960s/196 5 /Volkova_1965.pdf.)
Beləliklə, 1926-cı illə müqayisədə 1959-cu ildə azərbaycanlıların payı 33,9 %-dən 25,3%-ə endi. Baxmayaraq ki, azərbaycanlıların sayı 1926-cı illə müqayisədə 6,4 min artmışdı. Bu tendensiya həmçinin ermənilərə, ukraynalılara, dağ yəhudilərinə də aid idi, baxmayara ki, onların da sayında azalma müşahidə olunmamışdı. Adı çəkilən millətlərin payının azalması sadəcə olaraq rusların və yerli Dağıstan xalqlarının sayının sürətli artımı fonunda baş verirdi. Belə ki, 1959-cu ildə Dağıstan xalqları ümumilikdə artıq Dərbənd əhalisinin 41,9 % təşkil edirdilər. 1959-cu ilin siyahıya alınmasına görə Dərbənddə artıq 5 min ləzgi yaşayırdı. Qeyd edək ki, 1926-cı ildə bu rəqəm 868 nəfər olmuşdu. (Волкова Н.Г.Изменения в национальном составе городского населения Северного Кавказа…c. 48. // http://journal.iea.ras.ru/archive/1960s/196 5 /Volkova_1965.pdf.) . (ARDI VAR).
İKRAM KƏRİM OĞLU
AĞASİYEV
1963-cü il oktyabrın 18-də Şəki rayonun Biləcik kəndində anadan olmuşdur. 1988-ci ildə Ukraynada Volın Dövlət Universitetinin «Tarix» fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Ukrayna Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantı olmuşdur. O, 1992-1995-ci illərdə Volın Dövlət Universitetinin aspiranturasının əyani şöbəsini müvəffəqiyyətlə bitirdikdən sonra Krasnoyarsk Dövlət Pedaqoji Universitetində işləmişdir. 1999-cu ildə Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin Dissertasiya Şurasında namizədlik dissertasiyasını müdafiə etmiş, tarix elmləri namizədi elmi dərəcəsini qazanmışdır.
İ.K.Ağasiyev 2003-cü ildə Vətənə-Azərbaycana qayıtmış, 2003-cü ildən 2016-cı ilədək Bakı Biznes Universitetinin «Humanitar elmlər» kafedrasının dosenti, həmçinin Universitetin Elmi Şurasının elmi katibi vəzifəsində çalışmışdır.2016-cı ildən AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunda “Dərbənd tarixi” bölməsinin müdiri vəzifəsindədir.
2012-ci ildə Qafqazda mövcud olmuş alman koloniyalarının tarixi mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, tarix üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Bu günə qədər postsovet məkanında yaşamış alman əhalisinin tarixinə həsr olunmuş 95 elmi işin müəllifidir ki, onlardan 31-i xaricdə, o cümlədən 2 monoqrafiyası Almaniyada, 1 monoqrafiyası Türkiyədə dərc edilmişdir. 1 dərslik, 2 dərs vəsaitinin və 17 tədris proqramının müəllifidir. 2015-ci ildə Ukrayna tarixinə dair dərs vəsaiti Ukraynada çap edilmişdir.
ethnoglobus saytından