
GADTB: İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri bildirib ki, cari ilin ilk altı ayında ölkənin xarici ticarətinin həcmi çəki baxımından 34 faiz, dəyər baxımından isə təxminən 20 faiz azalıb. O, bu azalmanı müharibə, dəniz marşrutlarına tətbiq olunan məhdudiyyətlər və limanlarda yaranan fasilələrlə əlaqələndirib.
Məhəmmədəli Dehqan Dehnəvi mətbuat konfransında bildirib ki, müharibədən əvvəl İranın xarici ticarətinin çəki baxımından təxminən 75 faizi dəniz yolu ilə həyata keçirilirdi. Bu ticarətin böyük hissəsi Fars körfəzi və Oman dənizi marşrutlarından keçirdi.
Onun sözlərinə görə, ticarətin bir hissəsi dəmir yolu və quru nəqliyyatı marşrutlarına yönəldilib. Lakin bu dəyişiklik daşınma xərclərinin artmasına və sərhəd-keçid məntəqələrində sıxlığın yaranmasına səbəb olub.
İran hökuməti hazırda quru və dəmir yolu dəhlizlərini gücləndirməklə ticarətdəki azalmanın bir hissəsini kompensasiya etməyə çalışır. Bununla belə, rəsmi statistik göstəricilər dəniz marşrutlarındakı pozuntuların İranın xarici ticarətinə hələ də ciddi təzyiq göstərdiyini ortaya qoyur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi