
GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında Azərbaycan barədə yalan məlumatların yer aldığı material dərc olunub.
Kanal Türkiyənin Diyarbəkir şəhərində guya hicablı azərbaycanlı qadınlara dəstək məqsədilə aksiya keçirildiyini iddia edən paylaşım yayıb.
Materiala müvafiq videoqeydlər da əlavə edilib.
Lakin məlum olub ki, dərc olunmuş görüntülərin Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Əslində каdrlar oktyabrın 11-də Diyarbəkirin Sur rayonunda lentə alınıb.
Burada söhbət azərbaycanlı qadınlara dəstək aksiyasından yox, ilk dəfə hicab bağlayan qızlar üçün təşkil olunmuş mərasimdən gedir.
Tədbir çərçivəsində yürüş keçirilib və iştirakçılar dini şüarlar səsləndiriblər./Azad İran
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi