Çərşənbə , Aprel 24 2024
azfa

Dənizli bəzi futbalçuların İrana gəlmək istəmədiyini etiraf etdi

İrqçi fars rejimin xoşagəlməz siyasətinə görə Güney Azərbaycanın Traxtur komandasına idmançı cəlb etməkdə çətinlik çəkən Dənizli bəzi futbalçuların İrana gəlmək istəmədiyini etiraf edib.

Məşhur türkiyəli məşqçi “Traktor”u yenidən rəqibləri arasında çempiona çevirməyə çalışır.

Baş məşqçi açıqlamalarında Stramaccio və Calderon ilə rəqabət etməkdən qorxmadığını ifadə edib.

Premyer Liqanın başlanğıcını gecikdirdiyinə görə çox tənqid olunan yeni menecer Mustafa Dənizli İran liqasında ən hazırlıqlı komandalardan birinə sahib olduğuna inandığını və komandasının çempionluq üçün əsas iddiaçılardan biri ola biləcəyini deyib.

“Liqaya başlamaq üçün belə bir gecikmə gözləmirdim və bu, mütləq komandamın ziyanına olacaq. Bu gecikmə, komandanın proqramlarını dəyişdirməsinə və oyunçular üçün zərərə səbəb olacaq. Liqanın başlama tarixi 5 mordad olmalı idi ki, 10 mordad ayına dəyişdirildi və açılış oyununun oynanılacağı elan edildi. Fərqli oyunlarda oynaya biləcək yaxşı oyunçularım var. Amma ümumilikdə zamanı sıxışdırma heç bir komanda üçün yaxşı deyil, çaşdırıcı ola bilər. ”, – deyə, məşqçi vurğulayıb.

Qalan fürsətdə iki oyunçu cəlb etmək niyyətindəyik. Bəziləri bahalıdır, bəzi oyunçular İrana gəlmək istəmirlər. Bu məsələlər transfer işimizi çətinləşdirdi. Çempionluq vəd etmirəm, amma komandam ilə birlikdə bütün səyimizlə Premyer Liqaya və FA Kubokuna gedib, hər ikisini qazanmağı hədəfə almışıq.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın