Çərşənbə axşamı , May 13 2025
azfa

Doktor Cəmşid Cəmşidinin ailəsinin Azərbaycan türkcəsi və ədəbiyyatına simvolik diqqət

GADTB: Təbriz Universitetinin “Texniki” fakültəsinin yaradıcılarından olan professor doktor Cəmşid Cəmşidinin vəfatı münasibəti ilə onun ailəsi və yaxınları Azərbaycan türkcəsi və mədəniyyətini yaşatmaq üçün dəfn mərasiminə gül çələngi və s. xərclənəcək məbləği “Savalan İgidələri Nəşrləri və Yaşmaq Kitab Evi”nə bağışlayıb.

Doktor Cəmşid Cəmşidinin ailəsinin bu hərəkəti onların Azərbaycan mədəniyyətinə və türk dilinə dərin hörmət və sədaqətini nümayiş etdirir.

Dəfn mərasiminin xərclərinin Azərbaycan türkcəsi və azərbaycan mədəniyyətinin inkişafı ümün iyanə olunması professor Cəmşidinin xatirəsini yaşatmaqla yanaşı, bu bölgənin mədəni kimliyinin təbliğinə və möhkəmlənməsinə də kömək edir.

Bu sevilən işlə insanlar öz mədəniyyətləri və dillərini qorumaq və inkişaf etdirmək üçün ruhlandırılırlar.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda “Yaylıq” nəşriyyatının fəaliyyəti qadağan etdi

GADTB: İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT İdarəsi bu şəhərdə fəaliyyət göstərən “Yaylıq” nəşriyyatının fəaliyyətinə qadağa …

Təbriz Universitetinin səhiyyə işçilərinin və Təbriz telekommunikasiya təqaüdçüləri etiraz aksiyası keçirib

Təbriz Universitetində bir qrup səhiyyə işçisi iş saatlarının azaldılması və həftədə iki günlük tətillərin tətbiqi …