Doktor Nahid Məhəmmədi: “Bizim mədəniyyətimiz və sənətimizin simvolu olan adı necə qadağan edirlər?

GADTB: Azərbaycanlı ana dr.Nahid Məhəmmədi Balamın Adı kampaniyasına danışaraq deyib ki, Təbrizdə “Domrul” tamaşası nümayiş olunacaq, ancaq oğlum 6 ildir ki, bu ada doğum haqqında şəhadətnamə ala bilmir.

Dr. Məhəmmədi Balamın Adı kampaniyasına deyib: “Birinci oğlumuz 2020-ci ilin yanvar ayında dünyaya gəlib və biz onun üçün Domrul adını seçmişik. Domrul məşhur Dedə Qorqud hekayəsinin əfsanəvi qəhrəmanının adıdır. Təbrizdə “Domrul” teatr tamaşası səhnəyə qoyulsa da elə həmin şəhərdə Vətəndaşlıq Dairəsi 6 ildir ki, oğlumu şəxsiyyət vəsiqəsi almaq hüququndan məhrum edib. Bu nə ziddiyyətdir? Niyə fars öz övladı üçün Təhmətan, Cəmasəb, Löhrəsb, Güştasb kimi mifik adlarını seçə bilər, amma bir türkün belə haqqı yoxdurmu?!”

Ana ikinci, Yaradan adlı oğlunun 2021-ci ilin mart ayında dünyaya gəldiyini və Vətəndaşlıq Qeydiyyatı İdarəsinin bu ada da oğum haqqında şəhadətnamə verməkdən imtina etdiyini qeyd edib.

Qeyd edək ki, Təbrizdə rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi təbrizli ailənin Domrul və Yaradan adlı iki övladına doğum haqqında şəhadətnamə verməkdən imtina edir; idarə Domrulu 6 il, Yaradanı isə 4 il şəxsiyyət vəsiqəsi olmadan saxlayıb.

Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Ağ Ev Trampın sərt mesajını paylaşaraq xəbərdarlıq edib: “Heç bir güzəşt olmayacaq”

GADTB: Ağ Ev “X” sosial şəbəkəsində yaydığı yeni paylaşımda ABŞ prezidentinin qərarvermə otağında çəkilmiş Donald …

Molla rejimi Qərbi Azərbaycan əyalətində 129 şəxsin əmlakını müsadirə edib

GADTB: İrqçi fars-molla rejim Qərbi Azərbaycan vilayətində 129 şəxsin əmlakını müsadirə edib. Rejimin bu vilayətdəki …