Çərşənbə , Oktyabr 14 2026
azfa

Yeni təhsil ili ərəfəsində Ərdəbildə türkcə kitablar paylanılıb- Video

GADTB: Azərbaycanlı fəallar yeni təhsil ili ərəfəsində Ərdəbildə türkcə kitablar paylayıblar.

Bu dəfə “Yaylıq” nəşriyyatı yeni təhsil ili ərəfəsində uşaqlara və tələbələrə türk nağıl kitabları və maarifləndirici paketlər paylayıb.

Tədbir Ərdəbildəki azərbaycanlı fəalların əməkdaşlığı və yardımı ilə baş tutub.

Paketlərdə türk hekayə kitabları, rəsm və məşq dəftərləri, rəngli karandaşlar, silgilər və qələmlər kimi hədiyyələr yer alıb.

Qeyd edək ki, Ərdəbildəki Yaylıq Nəşriyyatı Səadullah Donyəvi Muğanlının rəhbərliyi altında Azərbaycan mədəniyyətinə aid əsərlərin çapı üzrə 2019-cu ilin noyabr ayından rəsmi lisenziya ilə fəaliyyət göstərən azsaylı ixtisaslaşmış mərkəzlərdən biridir.

Xatırladaq ki, nəşriyyatın ofisi 2025-ci il mayın 10-da Ərdəbil vilayətinin Kəşfiyyat Baş İdarəsi tərəfindən möhürlənmiş və onun müdiri həbs olunmaqla hədələnmişdi. Hazırda nəşriyyat lisenziyasının ləğv edilməsi üçün təhlükəsizlik orqanlarının təzyiqi altındadır.

Video:

https://t.me/GADTB1/44896

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …