Çərşənbə , Avqust 12 2026
azfa

Dövlətin Azərbaycanın zəlzələ bölgəsinə yardım etmədiyi üçün əhali yardıma gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycan vilayətinin Qotur bölgəsində zəlzələdə xəsarət alan əhaliyə dövlət yardım etmədiyi üçün xalqın yardımları davam edir.

Bölgə yüksək dağ şəraiti və soyuq olmasına baxmayaraq, dövlət bu bölgəyə sadəcə çadır göndərib və bu kəndlərin əhalisinə hələ müvəqqəti vaqon evlər də verilməyib.

Azərbaycanlı ictimai fəallar həmçinin göndərilən çadırlarda bölgəki soyuq hava şəraitində yaşamağın çox çətin olduğuna baxmayaraq, çadırların sayının da yetərsiz olduğunu vurğulayıblar. Əhali Xoy şəhərinə və ya başqa kəndlərdə qohumlarının evlərinə sığınıb.

Xalq yardımlarını zəlzələ bölgələrində kəndlərin əhalisi arasında paylayan fəalların dediklərinə görə, Kotanabad kəndində dağıntıların yığılması üçün buldozer və digər maşınların sayı kifayət deyil.

Qeyd edək ki, fevralın 23-də səhər saat 9:22-də 5.7 bal gücündə baş verən zəlzələ nəticəsində təxminən 50 kəndə ziyan dəyib. zəlzələ nəticəsində kəndlərdə 136 ev və şəhərdə isə 6 ev xəsarət alıb.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın